Komitə sədri Alban-Udi xristian icmasında olub
Tarix: 12.11.2014 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ şəhərində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "Azərbaycan - tolerantlığa nümunə ölkə" mövzusunda dəyirmi masa-konfransdan sonra qonaqlar - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov Qəbələ rayonunun Nic qəsəbəsinə gedərək, Çotari (Alban-Udi) kilsəsində olublar.
Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Alban-Udi xristian icmasının sədri Robert Mobili qonaqlara icmanın fəaliyyəti, icma tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.
O bildirib ki, udilərin kompakt halda yaşadığı Nic qəsəbəsində mütəmadi abadlıq və quruculuq işləri aparılır. Son 10 il ərzində Azərbaycan prezidenti İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər etməsi isə dövlət tərəfindən udilərə göstərilən diqqət və qayğının bariz nümunəsidir: "Azərbaycanda dini rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğı var. Alban-udi kilsəsinin bərpa edilməsi də bu diqqətin bariz nümunəsidir. Çünki bu məbəd qədim tarixin daşıyıcılarından biridir. Son illər udilər öz mədəniyyətini, dilini və dinini qoruyub saxlamaq üçün böyük işlər görür, buna dəstək olan isə Azərbaycan dövləti və onun rəhbəridir. Buna görə cənab prezidentə udilər adından təşəkkürümüzü bildiririk".
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətin din sahəsinə göstərdiyi diqqətdən, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, Alban-Udi dini icmasına bundan sonra da həm hökumət, həm də Dövlət Komitəsi tərəfindən bütün lazımi dəstək göstəriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info