Müsavatda narazılıq dalğası böyüyür
Tarix: 12.11.2014 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


“Müsavat Partiyası Divanının qurultaydan narazı üzvlərin fəaliyyətinin partiyanın ümumi ideoloji-siyasi xəttinə zidd olduğu haqqında bəyanatını oxuyanda heyrət içində qaldım”. Bu barədə Müsavat Partiyasının qurultaydan narazı qalan üzvü Vurğun Əyyub “Trend”ə deyib. V.Əyyub qeyd edib ki, həmin həmin bəyanat açıqlanma tələb edir: “Hansı ideoloji-siyasi xəttə zidd hərəkətlərdən söhbət gedir? Bunu açıqlayaydılar. Mən qurultayın nəticələrindən narazı qalan müsavatçıların partiyanın ideoloji-siyasi xəttinə qarşı hər hansı fəaliyyətini görməmişəm”. O, hesab edir ki, partiyada yaranmış narazılığın aradan qaldırılması üçün bu ritorikada bəyanatlar heç bir əhəmiyyət daşımır. Onun fikrincə, narazı üzvlərin arqumentləri diqqətlə araşdırılmalı və lazımi tədbirlər görülməlidir. Partiyada narazı üzvlərin fraksiya yaratması barədə təklifə gəlincə, V.Əyyub qeyd edib ki, müzakirələr zamanı fraksiya yaradılmasının müəyyən problemləri ortada olduğundan bu barədə məsələdə tam qərara gəlinməyib: “Mən işçi qrupunun müzakirə etdiyi bu və ya digər təkliflər barədə fikrimi bildirmək istəmirəm, çünki müzakirələrin gedişinə təsir etmək istəmirəm. Müzakirələr zamanı təkliflərin hansının üzərində dayanacağıqsa, onu da müəyyənləşdirəcəyik. O təkliflərin içərisində partiya üçün təhlükəli heç bir şey görmürəm. Sadəcə olaraq, o təkliflərin hansının işlək olacağı, hansının daha çox fayda gətirəcəyi haqqında düşünmək lazımdır”.
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edir. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayır. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info