Bakıda kompüter oyunları üzrə dünya çempionatı keçiriləcək
Tarix: 12.11.2014 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 sentyabr 2014-cü il tarixli Sərəncamına müvafiq olaraq, noyabrın 12-16-da Bakı şəhərində Kompüter oyunları üzrə 6-cı dünya çempionatı (The 6th e-Sport World Championship) keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, çempionat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Beynəlxalq Kiber İdman Federasiyası (The International e-Sports Federation) və Azərbaycan Kiber İdman Federasiyası ilə birgə həyata keçirilir. Çempionatın açılışı və oyunlar üzrə yarışlar Bakı Kristal Zalında (Baku Crystall Hall) 13 noyabr 2014-cü il tarixdə saat 17:30-da baş tutacaq.
Qeyd edək ki, kompüter oyunları üzrə dünya çempionatları 2009-cu ildən etibarən özündə 48 üzv ölkəni birləşdirən Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) təşəbbüsü ilə keçirilir. Bakıda baş tutacaq kompüter oyunları üzrə 6-cı dünya çempionatında dünyanın 33 ölkəsini təmsil edən 250 nəfərdən artıq nümayəndə iştirak edəcək. Yarışın ümumi mükafat fondu isə 90 000 manat təşkil edir ki, bu da öz növbəsində kompüter oyunları üzrə dünya çempionatların keçirilmə tarixində ən böyük mükafat fondudur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info