Əfqanıstanla sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Tarix: 12.11.2014 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Sər¬həd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nüma¬yəndə heyəti Əfqanıstan İslam Respublikasının daxili işlər naziri Mohammad Omar Daudzai və Daxili İşlər Nazirliyi Sərhəd Polisinin baş komandanı general-polkovnik Mohammad Şəfiq Fəzlinin dəvəti ilə noyabrın 10-11-də bu ölkədə rəsmi səfərdə olub. DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, noyabrın 10-da Mohammad Şəfiq Fəzlinin və Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Əfqanıstanın sərhəd təhlükəsizliyi sistemi, Sərhəd Polisi¬nin vəzifə və tapşırıqları, dövlət sərhəd¬lərinin mühafizəsinin təşkili üzrə həyata keçirilən fəaliyyətlər və mövcud problemlər barədə məlumat verilib, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotrafik və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əmək¬daş¬lığın həyata keçirilmə¬si, ikitərəfli əlaqələrin perspektiv¬lərinə və qar¬¬şı¬lıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar, müdafiə naziri ordu generalı Bismilla Xan Mohammadi, daxili iş¬lər naziri Mohammad Omar Daudzai, daxili işlər nazirinin birinci müavini ordu generalı Mohammad Əyub Sələngi, sənaye və ticarət naziri Şaker Karqar, Milli Təhlükəsizlik Xidmətinin baş direktoru Rahmatullah Nabil ilə görüşlər keçirib. DSX-nin nümayəndələri Əf¬qanıs¬tan Polis Akademiyası, Sərhəd Polisinin qərargahı və Kabul beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili ilə tanış olublar. Noyabrın 11-də DSX rəisi general-polkovnik Elçin Quliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Əşrəf Qəni Əhmədzay tərəfindən qəbul edilib. Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info