İsrail mətbuatı: “Yoxsulluq səbəbindən ermənilər ölkəni tərk edib xaricə qaçır”
Tarix: 12.11.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


İsrailin tanınmış “Haaretz” qəzetində dərc olunmuş “Azərbaycan İsrail üçün çox vacib ölkədir” sərlövhəli məqalədə ölkələrimiz arasında ikitərəfli əlaqələrlə yanaşı, ermənilərin zamanla azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarından, etnik təmizləmə siyasətindən də bəhs edilib. Məqalənin müəllifləri - Hayfa Universitetinin Cənubi Qafqaz üzrə aparıcı mütəxəssisləri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut və israilli tarixçi Emil Abramov erməni daşnaklarının hələ 1918-ci ilin mart ayında Bakıda dinc azərbaycanlılara qarşı soyqırımı törətdiklərini qeyd ediblər. Bildiriblər ki, 20 il bundan əvvəl Dağlıq Qarabağda məhz ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq azərbaycanlı min illərlə yaşadıqları torpaqlarından qovulub və didərgin düşüb. Məqalədə oxucuların diqqəti xüsusilə Xocalı soyqırımına cəlb edilib. Bildirilib ki, Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 günahsız insan qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. Mindən artıq yerli sakin girov götürülüb, daha 150 nəfərin taleyi indiyədək məlum deyil. Məqalədə Ermənistanda yaşamış yüz minlərlə azərbaycanlının da öz dədə-baba torpaqlarından didərgin salındıqları diqqətə çatdırılıb. Müəlliflər bildiriblər ki, 22 il ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır, eyni zamanda, ölkə rəhbərliyi vətəndaşların ümumi rifahını yaxşılaşdırmaq məqsədilə lazım olan bütün tədbirləri görür. Ermənistan isə Azərbaycan ərazisinin 20 faizini işğal etdiyinə görə Cənubi Qafqaz regionunda təcrid olunmuş vəziyyətdədir, həyata keçirilən layihələrdən tamamilə kənarda qalıb. Qeyd edilib ki, bu gün Azərbaycanda neft, qaz, kənd təsərrüfatı, müdafiə, turizm, tibb sahələrində onlarla xarici, o cümlədən İsrail şirkətlərinin sabit və rahat çalışması üçün hər cür şərait var. Ermənistanda isə xarici investisiyaların yatırımı demək olar ki, yoxdur. Yoxsulluq səbəbindən Ermənistan əhalisi ölkəni tərk edib xaricə qaçır. Məqalədə azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmalarının, münaqişə ilə bağlı hazırkı status-kvonun dəyişdirilməsinin zəruriliyi vurğulanır. Müəlliflər Azərbaycanda heç zaman antisemitizmin olmadığını, iki il əvvəl Bakıda Cənubi Qafqazın ən böyük yəhudi təhsil mərkəzinin inşa edildiyini diqqətə çatdırıblar. Yazıda Azərbaycanda multikulturalizmin həyat tərzi olduğu, dini etiqad azadlığının tam sərbəst həyata keçirildiyi vurğulanır. Müəlliflər yazırlar: “Azərbaycanda yaşayan 20 min yəhudi fəxr edir ki, onlar müstəqil Azərbaycanın vətəndaşlarıdır. Maraqlıdır bu gün Ermənistanda nə qədər yəhudi yaşayır?”. Məqalədə, həmçinin Azərbaycanın İsrailin Cənubi Qafqaz regionunda mühüm tərəfdaşı, bu ölkənin əsas neft və qaz təchizatçılarından biri olduğu qeyd edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək
03.04.2020
Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı
03.04.2020
Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03.04.2020
DMX koronavirusla bağlı növbəti videoçarx hazırladı - VİDEO
03.04.2020
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info