Türkiyə mətbuatı Bakı 2015-ə hazırlıqdan yazır
Tarix: 12.11.2014 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Türkiyə mediası Bakıda 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb. Ölkə mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə yazır.
Materiallarda qeyd olunur ki, 2015-ci il 12-28 iyun tarixlərində təşkil olunacaq oyunlarda 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq: “Avropada yeni bir həyəcan yaradacaq və hər dörd ildən bir keçiriləcək oyunlar həm də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları ərəfəsində idmançılara özlərini sınamaq fürsəti yaradacaq, bəzi idman növlərində seçmə mərhələ funksiyasını daşıyacaq”.
Türkiyə KİV-i yazır ki, 2002-ci ildən bəri taekvondodan gimnastikaya, voleyboldan futbola qədər fərqli sahələrdə 36 beynəlxalq yarışa ev sahibliyi etmiş Azərbaycanda ən son 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı keçirilib. 22 illik müstəqilliyi dövründə yay və qış olimpiya oyunlarında 200-dən artıq atletlə təmsil olunmuş ölkə bu günə qədər olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb.
Materiallarda Azərbaycandakı Birinci Avropa Oyunlarının 21 məkanda keçiriləcəyi vurğulanır. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud məkanlar isə yenilənərək oyunlara hazır vəziyyətə gətirilir: “2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyi etmiş Bakı Kristal Zalında 2015-ci il Avropa Oyunlarında həndbol və digər qapalı məkan idman növlərində yarışlar keçiriləcək. Bunlarla yanaşı, Bakıda 7300 nəfərlik tutumu olan Olimpiya şəhərciyi də tikilir.
Açılış mərasimi hazırda inşaatı davam edən 65 000 nəfərlik Bakı Olimpiya Stadionunda keçiriləcək. Stadionun təməlqoyma mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, FİFA və UEFA rəhbərləri Sepp Blatter və Mişel Platini iştirak etmişdilər”.
Avropa Oyunları 2012-ci il dekabrın 9-da Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis olunub və Avropa Olimpiya komitələrinin yekdil qərarı ilə yaradılıb. Baş Assambleyanın yığıncağında oyunlara ev sahibliyi hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə məsul olan Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir.
Türkiyə mətbuatında yer almış materiallarda Heydər Əliyev Fondu tərəfindən bu günədək bir neçə ölkədə “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbirlərin keçirildiyi qeyd edilir, bu sırada Kann, Afina və Berlinin adı çəkilir.

http://www.habername.com

http://www.dha.com.tr

http://www.yenisafak.com.tr

http://www.haberler.com

Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
18.01.2019
Umayra Tağıyeva: Küləyin sürəti saniyədə 18-20 metrdən artıq deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info