ASA-nın Könüllü sığorta komitəsinin iclası keçirilib
Tarix: 12.11.2014 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Könüllü sığorta komitəsinin iclası keçirilib. Tədbirdə “Fiziki şəxslərə təqdim edilən minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları”nda öz əksini tapmış sığorta dəyəri, sığorta məbləği və sığorta haqqının uzunmüddətli (1 ildən artıq bağlanmış) müqavilələrdə illər üzrə bölünməsi məsələsi müzakirə edilib. Bildirilib ki, sığortalanan avtomobilin növbəti illər üzrə qiyməti, sığorta tarifi və sığorta müqaviləsinə xitam verilərkən qaytarılacaq sığorta haqqı müəyyən olunarkən müştərilərlə sığortaçılar arasında anlaşılmazlıq yaranır. İclasda qərara alınıb ki, bu məsələ gələn həftə sığorta şirkətlərinin avtomobil üzrə anderrayterləri və sığorta hadisələri şöbələrinin qiymətləndirmə üzrə ekspertləri ilə müzakirə edilsin.
Bundan başqa, Könüllü sığorta komitəsinin iclasında sığorta müqaviləsi bağlanan zaman şirkət tərəfindən müştərilərə təqdim olunacaq yaddaş vərəqinin məzmunu da müzakirə edilib. İclasda ASA-nın sədri Orxan Bayramov, adı çəkilən komitənin sədri – “A-Qroup” sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Əli Bayramov, komitənin digər üzvləri – “PAŞA Sığorta”dan Fərid Hidayətov, “Buta Sığorta”dan Arzu İsmayılova, “Standard İnsurance”dan Orxan Vəliyev, “İpək Yolu Sığorta”dan Kəmalə Abışova, “Azərbaycan Sənaye Sığorta”dan Kənan Əsgərov, “Qarant Sığorta”dan Leyla Abdinova, “Meqa Sığorta”dan Murad Babayev və Toğrul İmanov, “AtaSığorta”dan Nigar İbrahimova, “Amrah Sığorta”dan Rəşid Salıfov, “AXA MBASK”dan Elnarə Abbasova iştirak edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info