“Forbes”: “Rusiya əmək bazarı yaxşı formadadır”
Tarix: 12.11.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


“Senytabrda işsizlik dərəcəsi bu ölkədə 4,9 faiz olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən yarıbayarı azdır”

ABŞ-ın “Forbes” media qurumunda müəllif, Rusiya iqtisadiyyatı üzrə mütəxəssis Mark Adomanis Rusiya əmək bazarının hələ də yaxşı formada olmasından yazıb. Bu barədə yazıda öncə bildirilir ki, hazırda Rusiya iqtisadiyyatı sanksiyalara görə çətin duruma düşüb: “Rusiya iqtisadiyyatında yaxşı göstəricilər getdikcə azalır, pis göstəricilər isə artır. Neftin qiymətində baş verən son enmələr Rusiya dövlət vəsaitlərinin stabilliyini böyük riskə məruz qoyub”. O da iddia edilir ki, Qərblə qarşıdurmanın dərinləşməsi ən güclü və rəqabətədavamlı Rusiya şirkətlərini yaxın gələcəkdə beynəlxalq maliyyə maliyyə bazarlarından məhrum edə bilər: “Bu, Rusiya üçün çöküş olmasa da, hər halda, yaxşı hal deyil. Amma bir istisna hal var ki, bu da Rusiya əmək bazarı ilə bağlıdır”. Qeyd edilir ki, Rusiyada işsizliyin dərəcəsinin aşağı salınmasına ciddi diqqət yönəldilib.
O da bildirilir ki, 2014-cü ilin sonlarında Rusiya əmək bazarının vəziyyəti Sovetlər Birliyinin tənəzzülü dövründə olduğundan olduqca yaxşı vəziyyətdədir: “Rəsmi mənbələrə görə, senytabrda işsizlik dərəcəsi bu ölkədə 4,9 faiz olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən yarıbayarı azdır.
Əgər 2013-cü ilin əvvəlindən bu yana Rusiya əmək bazarında baş verən proseslərə nəzər yetirsək, nəyə görə Rusiya vətəndaşlarının küçələrə düşmədiyini anlamış olarıq: “Çünki onların böyük əksəriyyəti işlə məşğuldurlar və iş yerində olmalıdırlar”.
Qeyd edilir ki, bu vacib sosial-iqtisadi duruma görə, əhalinin hakimiyyətə sanksiyalar səbəbi ilə təzyiqi hissedilməz dərəcədədir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info