Azərbaycan Konstitusiyasının memarı
Tarix: 12.11.2014 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Konstitusiyasının yaradılmasının 19 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” movzusunda elmi konfrans keçirilib. Yeni Azərbaycan Partiyası Universitet ərazi ilk təşkilatının reallaşdırdığı konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü qoruyan, demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verən ali hüquqi sənəddir. Hüquq fənləri kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov “Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” mövzulu məruzəsində diqqətə çatdırib ki, digər mütərəqqi, sivilizasiyalı ölkələrin konstitusiyası ilə bir sırada duran konstitusiyamız Azərbaycanın dövlətçilik ideyalarının hüquqi qarantııdr. Azərbaycanda ilk demokratik konstitusiyanın yaradıcısı, ilhamvericisi ümummilli lider Heydər Əliyev yeni konstutusiya layihəsini hazırlayan komissiyaya bilavasitə rəhbərlik edərək dövlətçiliyimizi möhkəmləndirəcək, hüquqi cəmiyyət quruculuğuna xidmət edəcək Əsas Qanunun yaradılmasında mühüm rol oynamışdır. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq refendumu yolu ilə qəbul olunan Konstitusiya noyabrın 27-də qüvvəyə minmişdir. YAP Universitet ərazi ilk təşkilatının sədr müavin, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Konstitusiyanın beynəlxalq əhəmiyyəti” məruzəsində vurğulayıb ki, Azərbaycan Konstitusiyası müasir dünya konstitusiyaları içərisində quruluşca ən mükəmməl və məzmunca ən demokratiki olmaqla Heydər Əliyev ideyalarının təntənəsi, Azərbaycan dövlətçiliyini əbədilik göstəricisidir. Konfransda Prezident təqaüdçüsü, Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Surə Qurbanovanın “Naxçıvan Muxtar Respublikasında konstitusion əsaslar”, YAP Fizika-riyaziyyat fakültə gənclər birliyinin sədri, Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Leyla Şirzadzadənin “Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır” mövzularında məruzələri dinlənilib. Məruzələrdə ümummilli liderin Azərbaycan dövlətçiliyinin, eləcə də onun konstitusiyasının banisi olmasından bəhs olunub. Qeyd olunub ki, umummilli lider Heyder Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanın gələcək perspektivlərini müəyyənləşdirən Konstitusiyada Azərbaycan dövlətinin demokratik hüquqi, dünyəvi, unitar respublika olması, ərazi toxunulmazlığı, idarəçilik prinsipləri, vətəndaşların hüquq və azadlıqları təsbit olunub. Konfransın sonunda YAP sıralarına qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info