Rəqib komandaların nümayəndələri millimizin oyununu izləyəcək
Tarix: 12.11.2014 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


“Estoniya və Azərbaycanla görüşə yaxşı hazırlaşırıq. Avro-2016-nın qrup mərhələsinin son 2 matçında qazandığımız qələbələr əhval-ruhiyyəmizi yüksəldir və özümüzə olan inamı artırır”.
Bu sözləri Norveç millisinin hücumçusu Hovard Nilsen deyib. Yerli mətbuata açıqlama verən Skandinaviya təmsilçisinin forvardı Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda millimizə qarşı keçirəcəkləri oyundan danışıb. Nilsen qrupun son matçında Bolqarıstana qalib gəldikləri (2:1) qarşılaşmada olduğu kimi Azərbaycanla oyunda da komandasının qələbə qolunu vurmaq istəyir: “Qrup mərhələsində keçirdiyimiz son oyunda Bolqarıstan millisi üzərində qələbə gətirən qolun müəllifi oldum. Ümid edirəm ki, Azərbaycanla səfər oyununda da komandam üçün vacib qol vuracam. Amma hazırda yüngül zədəm var. Yavaş-yavaş yaxşıya doğru gedir. İnanıram ki, qarşıdakı oyunlarda meydana çıxa biləcəm. Çünki həmin qarşılaşma bizim üçün vacibdi. 4 oyundan 3 qələbə və 9 xal pis olmazdı”. Qeyd edək ki,noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Norveç oyununu millimizin mübarizə apardığı H qrupundakı digər komandaların da nümayəndələri izləyəcək. AFFA-dan bildiriblər ki, Xorvatiyadan Andrey Panandis və İtaliyadan Françesko Rossa noyabrın 16-da “Bakcell Arena”da millimizin oyununa baxacaqlar.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
20.03.2019
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib
20.03.2019
Azərbaycan millisi məzmunlu futbol göstərməyə hazırdır
19.03.2019
İngiltərə millisinə yeni oyunçu cəlb edilib
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info