“İnoSMİ”: “Ukrayna böhranı Çinə sərf edir”
Tarix: 12.11.2014 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Dünyanın aparıcı KİV-lərində Ukraynanın şərqində cərəyan edən hadisələr yenidən ən aparıcı mövzu olaraq yer almaqdadır. Ukrayna Milli Təhlükəsizlik Şurası tərəfindən edilən şərhə istinadən Almaniyanın «Süddeutsche Zeitung» nəşri yazır ki, bu günlərdə Donetskə əlavə dörd hərbi konvoy gətirilib: «Çox ehtimal ki, bu qüvvələr üsyançıların mövqeyini möhkəmləndirmək üçün Rusiyadan gətirilib. Belə görünür ki, Kreml ya Ukrayna ordusunun başlayacağı hücumdan ehtiyatlanır, ya da onlar özləri hücuma keçməyə hazırlaşırlar».
Dünya mətbuatı Ukraynanın şərq rayonlarının getdikcə ölkədən ayrılması haqqında yazarkən, Kiyevin bununla barışmaq məcburiyyətində qaldığını da gizlətmirlər. Almaniyanın başqa bir nəşri -«Die Zeit» yazır: «Görünür, Kiyevin bunları etiraf etməkdən başqa yolu qalmayıb. Hazırkı şəraitdə Ukrayna itirilmiş ərazilərini geri qaytarmaq iqtidarında deyil. Birincisi, Ukrayna ordusu çox pis təchiz edilib və onlar hətta, qış geyimləri ilə də təmin olunmayıblar. İkincisi isə bütün bunlardan zinhara gəlmiş yerli əhali üsyançıların tərəfinə keçmək məcburiyyətində qalırlar. Buna görə də, Kiyev Donbası itirəcəyi təqdirdə siyasi və iqtisadi baxımdan yüksək qiymət ödəmək məcburiyyətində qalacaq». Təbii ki, «Die Zeit» bunları yazarkan, müharibəyə sərf edilən maliyyə vəsaitlərini nəzərdə tutur.
İqtisadçılar xəbərdarlıq edirlər ki, «müstəqil» Donbasın Rusiyaya birləşdirilməsi Ukraynada nəinki siyasi, eyni zamanda iqtisadi sabitliyi poza bilər. Bunları isə «Frankfurter Allgemeine Zeitung» nəşri yazır: «Bu sənayeləşdirilmiş ərazi Ukrayna üçün Krımdan da önəmlidir». Vyanadakı Beynəlxalq Müqayisəli İqtisadi Araşdırmalar İnstitutunun eksperti Vasili Astrov bildirir ki, Krımın itirilməsi Ukrayna üçün bəlkə də məqbul hesab edilə bilərdi , lakin Donbas sənaye bölgəsi kimi, bu ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Dünya mətbuatı bu günlərdə Pekində keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq sammitinə də geniş yer verib. Əksər ekspertlər vurğulayıblar ki, ikitərəfli əməkdaşlıq, sanksiyalar fonunda Çinə tərəf hərəkət etmək Rusiyadan daha çox, Çinin özü üçün faydalıdır. «IHS Global Insight» analitik ştirkətinin eksperti Racib Bisbas, Avropa Ticarət Palatasının Çindəki başçısı Yorq Buttke ilə yanaşı Ukraynanın Şanxaydakı səfiri Natali Mudrenko da belə bir yekdil rəyə gəliblər ki, Ukryanadakı böhrandan ən çox yararlanan məhz Çin dövlətidir.
Ekspertlər iddia edirlər ki, Pekinə məlumdur ki, tərəfdaşı - yəni Rusiya hazırda əlverişsiz vəziyyətdədir və Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq sammiti zamanı əlverişli müqavilələrin imzalanması üçün yaxşı şərait əldə etməyin məqamıdır. «Die Welt» nəşri yazır ki, bir vaxtlar yoxsulluq içində yaşayan Çin hazırda dünyanın ən böyük iqtisadiyyata nail olmuş ölkələrindən biridir və hətta, hazırda bu sahədə Amerika Birləşmiş Ştatlarını özünə əsas rəqib sayır. Ona görə də, bəzi analitiklər Rusiyanın hazırkı durumdakı mövqeyini «özünü Çinin "kiçik ortağı" rolunda» çıxış etməsi kimi dəyərləndirirlər.
Racib Bisbasa görə, Çin Rusiya ilə münasibətlərin qurulmasında praqmatik və «yaxşı sual» düşünüb: hansı sahədə Rusiya ilə əməkdaşlıq məqbuldur, hansı sahədə isə yox. Rusiyadan fərqli olaraq, Çin dünyanın siyasi səhnəsində Avropa və Amerika Birləşmiş Ştatları ilə çoxtərəfli siyasi və iqtisadi əlaqələr saxlayır. Belə görünür ki, Çin Rusiya ilə Qərb arasında yaşanan yeni “soyuq müharibə”nin tərəfdaşı olmaq niyyətində deyil.
«Handelsblatt» nəşrinə görə isə Rusiya ilə Çini yalnız ortaq iqtisadi maraqlar birləşdirmir. Vladimir Putin və Si Çzinpin bir-birilərini yaxşı başa düşürlər. Bununla belə, qəzet bu qənaətə gəlir ki, Putin Çin rəhbərliyindən daha çox asılıdır. Qəzet bunu onunla əsaslandırır ki, başqa şəraitdə Çinin Orta Asiya ölkələrində "Yeni İpək Yolu"nun inkişafına 35 milyard avro sərmayə qoymaq və bununla bu ölkələrdə möhkəmlənmək təşəbbüsünə, bəlkə də etiraz edərdi: «Əgər Putinin Ukrayna ilə bağlı kifayət qədər problemi olmasaydı, Rusiya çətin ki, keçmiş sovet respublikalarındakı başqa təsir vasitələri ilə barışa bilərdi».
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info