Nazarbayev “Nurlu yol” adlı yeni iqtisadi proqram elan etdi
Tarix: 12.11.2014 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Yeni proqramın həyata keçirilməsi üçün növbəti ildən etibarən 105 milyard dolların olduğu ehtiyat fondundan hər il 3 milyard dollar ayrılacaq
Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev ölkədə yeni iqtisadi proqramın icra ediləcəyini bildirib. Nazarbayev ölkənin gələcək iqtisadi inkişafını təmin etmək üçün “Nurlu yol” adlı proqram elan edib. “Vzqlyad” xəbər verir ki, yeni proqramın əsasını nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi təşkil edəcək.

Ölkə qarşısında dayanan yeni çağırışlarla bağlı açıqlama verən Nazarbayev bildirib ki, Qazaxıstanı dairə şəklində əhatə edən avtomobil, dəmiryol və aviasiya magistralı yaradılacaq. Yaxın bir neçə il ərzində dünyada iqtisadi böhranın davam edəcəyinə diqqət çəkən Nazarbayev “Nurlu yol” iqtisadi proqramının böhran illərində Qazaxıstanın iqtisadi inkişafını təmin edəcəyinə əmindir: “Nurlu yol” proqramı iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olacaq. Təkcə yol tikintisi ilə bağlı 200 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Yeni iqtisadi proqram iqtisadiyyatın digər sahələrində də inkişafa səbəb olacaq”. Yeni proqramın həyata keçirilməsi üçün növbəti ildən etibarən hər il ehtiyat fondundan 3 milyard dollar ayrılması planlaşdırılır. Ehtiyat fondunda 105 milyard dollar vəsaitin toplandığını nəzərə alsaq, yeni iqtisadi layihələr üçün hər il 3 milyard dollar vəsait ayırmaq Astana üçün problem olmayacaq. Yeni iqtisadi proqramla bağlı xalqa müraciət edən Qazaxıstan dövlət başçısı bəyan edib ki, ötən illər ərzində enerji ehtiyatlarının ixracından əldə edilən gəlirlər ehtiyat fondda toplanıb: “Fonddakı vəsaitin 10 milyard dollarını 2007-2009-cu illər böhranı zamanı xərcləmişik. Qalan vəsait isə xərclənməyib, əksinə daha da artıb. İndi həmin vəsaitdən istifadə etmək zamanı yetişib. Həmin vəsait çətin vəziyyəti aşmaqda və iqtisadi artımı təmin etməkdə bizə yardımçı olacaq. Fondda toplanan vəsaitdən enerji, sənaye və sosial sferalara da xərclənəcək”. Yaşayış-kommunal təsərrüfatına 2 trilyon təngə vəsait xərclənməsi nəzərdə tutulur. Nazarbayev 2020-ci ilə qədər bu sahəyə 200 milyard təngə (50,7 milyard dollar) vəsait ayrılacağını vəd edib.
“Nurlu yol” böhran illərində Qazaxıstanın iqtisadi inkişafını təmin edəcək. Ehtiyat fondda toplanan vəsaitdən istifadə etmək zamanı yetişib. Həmin vəsait çətin vəziyyəti aşmaqda və iqtisadi artımı təmin etməkdə bizə yardımçı olacaq. Fondda toplanan vəsaitdən enerji, sənaye və sosial sferalara da xərclənəcək”
Ümumilikdə infrastrukturun inkişafı planının 5 ildə həyata keçirilməsi nəzərdə tutulur ki, bu da 100-dən artıq ölkənin təmsilçisinin iştirak edəcəyi sənaye-innovasiya proqramının reallaşdırılmasının ikinci beşilliyi ilə üst-üstə düşür. İnvestisiya portfeli 6 trilyon təngə və ya 40 milyard dollar nəzərdə tutulub ki, bunda da dövlətin payı 15 faiz olacaq. “Vzqlyad” yazır ki, Qazaxıstan iqtisadiyyatı MDB-də ən sabit göstəricilərə malikdir. ÜDM artımı 4 faiz olan ölkədə inflyasiya 6,5 faizdən yuxarı deyil. 2013-cü ildəki devalvasiyadan sonra milli valyuta olan təngə də sabitliyini qoruyur. 1998-ci il böhranı zamanı Qazaxıstan vəziyyətdən sürətlə və az itki ilə çıxa bilib. 2000-ci ildən etibarən Qazaxıstan MDB investisiya baxımından ən cəlbedici ölkələrdən birinə çevrilib. “Rusiyanın maliyyə direktorları klubu”nun prezidenti Tamara Kasyanaova “Vzqlyad”a bildirib ki, vergi şərtlərinin sadələşməsi sayəsində Qazaxıstana sürətlə xarici investisiya cəlb olunub ki, bu da iqtisadi artıma müsbət mənada təsir edib. Ekspert qeyd edib ki, neftin yüksək qiyməti sayəsində Qazaxıstan hər il 8-10 faizlik iqtisadi artıma nail olub. Ölkə rəsmiləri 2014-2016-ci illərdə 6-7 faizlik artım proqnozlaşdırırdılar. Amma cari ilin ilk yarısında məlum olub ki, bu hədəfə nail olmaq mümkün olmayacaq. İlin 10 ayı ərzində ÜDM artımı 4 faiz olduğundan rəsmilər 4,3 faizlik iqtisadi artım gözləyir. Əsas ticarət tərəfdaşı olan Rusiyadakı vəziyyət Qazaxıstanda sənaye artımının aşağı düşməsinə səbəb olub. Rusiyaya ixracın azalması və neftin qiymətinin aşağı düşməsi iqtisadiyyata təsirini göstərməkdədir. 6-7 faizlik artıma nail olmaq üçün Nazarbayev infrastruktur layihələrinə, ilk növbədə yol tikintisinə vəsait ayırmağı planlaşdırır. Ekspertlər hesab edir ki, Nazarbayevin nəqliyyat infrastrukturuna önəm verməsinin digər səbəbi Rusiya-Çin münasibətlərinin inkişafıdır. Rusiya-Qazaxıstan-Çin istiqaməti və əksinə yük daşımaları Astanaya gəlir gətirəcək.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info