Mingəçevir şəhərinin yaranmasının 66-cı ildönümü qeyd edilib
Tarix: 13.11.2014 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Mingəçevir şəhərinin əsasının qoyulmasının 66-cı ildönümü münasibətilə “Şəhər günü” adlı bayram mərasimi təşkil olunub. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Mingəçevir Dövlət Dram Teatrında keçirilən tədbirdə Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, şəhərin ilk qurucuları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Mingəçevirin tarixindən bəhs edən “Nur şəhəri” adlı filmə tamaşa ediblər. Çıxış edənlər Mingəçevirin 66 il ərzində böyük inkişaf yolu keçdiyini deyiblər. Bildirilib ki, ölkənin enerji təminatının böyük bir hissəsini Mingəçevir şəhərindəki elektrik stansiyaları ödəyir. Ölkənin iqtisadiyyatının inkişafında Mingəçevirin də rolunun geniş olduğu diqqətə çatdırılıb. Çıxışlarda təhsil sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışılıb, şəhərdə aparılan tikinti, abadlıq və quruculuq işləri barədə qonaqlara məlumat verilib. Daha sonra iştirakçılar Mingəçevirin tarixini əks etdirən və şəhər ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan tarixi eksponatlarla tanış olublar. Şəhərin ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib. Sonra isə “Şəhər günü” ilə bağlı Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının təqdimatında səhnəciklər nümayiş olunub. Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Kəlbəcərlilər 577 hektar sahədə əkin aparıb
18.08.2019
Abşeron rayonunda sənaye məhsulunun həcmi 54 faiz artıb
17.08.2019
Sabah ölkə ərazisində havanın temperaturu 40 dərəcəyə yüksələcək
17.08.2019
Ağdamda şəhid Nadir Şükürovun xatirəsi anılıb
16.08.2019
Azərbaycan sərhədçiləri təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info