Müsavatda istefalardan sonra qovulmalar başlandı
Tarix: 13.11.2014 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti toplantısı keçirilib.
Partiyanın yaydığı məlumata görə, Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası iclasında daxil olan şikayət ərizələrini müzakirə edərək, Kamil Xəlilbəylinin partiya sıralarından xaric edilməsi haqqında qərar qəbul edib.
MNTK partiyanın nüfuzuna xələl gətirən, partiyanın ideoloji-siyasi xəttinə zidd olan fəaliyyətlə bağlı partiya üzvlərinə isə aşağıdakı məzmunda xəbərdarlıq edib: “Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası partiyanın VIII Qurultayının qərarlarını tanımamaq, Müsavat Partiyasının müvafiq strukturlarının qərarlarına tabe olmamaq, partiya nizamnaməsində nəzərdə tutulmayan fraksiya və başqa adda paralel strukturlar yaratmaq cəhdlərinin təşkilatçılarını bu addımlardan çəkinməyə çağırır. MNTK bu fəaliyyəti davam etdirən partiya üzvləri haqqında nizamnamə çərçivəsində müvafiq qərarların qəbul edilə biləcəyi barədə xəbərdarlıq edir”.
Qeyd edək ki partiyaya başqan seçilən Arif Hacılının bu seçkini saxtakarlıqla udması iddia edilərək xeyli müsavatçı partiyadan istefa vermişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info