Hikmət Hacızadə Müsavatda fəaliyyətini dondurdu: “Ar olsun!”
Tarix: 13.11.2014 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadə təşkilatda fəaliyyətini dondurduğunu bəyan edib. Bu barədə H. Hacızadə partiya başqanı Arif Hacılıya ünvanladığı bəyanatda qeyd edib.
O bildirib ki, bu gün Müsavat Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarı Kamil Xəlilbəylini "partiyanin siyasi-ideoloji xəttinə xəyanət" ittihamı ilə təşkilat sıralarından azad etməsi barədə xəbər alıb.
H. Hacızadə qeyd edib ki, araşdırma zamanı K. Xəlilbəylinin Arif Hacılının tərəfdarı olan xanımlardan biri ilə şəxsi yazışması olduğunu, həmin yazışmada onların bir-birlərini qarşılıqlı təhqir etdiklərini öyrənib: “MNTK bunu siyasi-ideoloji xəyanət kimi qələmə verib. Mən bu düşünülməmiş qərara qəti etirazımı bildirirəm. Dünya praktikasında ilk dəfə şəxsi yazışmadakı sözlərə görə cəza uca Müsavat Partiyasında tətbiq olundu. Ar olsun!!!”
H. Hacızadə K. Xəlilbəyli ilə bağlı qərarın “böyük planın bir hissəsi” olduğunu da qeyd edib: “Yəni narazıların 10-15-i partiyadan çıxaraq, onda başqaları sakitləşəcək". Ar osun, belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə "narazı" özümü hesab edirəm və qərarınıza etiraz edirəm”.
O, partiya rəhbərliyini təşkilatdan xaric edilənlərin işinə yenidən baxmağa, əks təqdirdə onu da partiyadan xaric etməyə çağırıb: “Bu məsələ qanun və insan haqları çərçivəsində həll olunmayana qədər, partiyada fəaliyyətimi dondururam. Partiya rəhbərliyindən insan hüquqlarının təmin olunmasını tələb edirəm”.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
26.09.2018
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info