Olimpiya stadionuna getmək asanlaşacaq
Tarix: 13.11.2014 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Bakıda nəqliyyat vasitələrinin Olimpiya stadionuna birbaşa, təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə görülən işlərin mövcud vəziyyəti açıqlanıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib ki, I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq Böyükşor gölü sahilində yeni tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa, təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel, 6 hərəkət zolaqlı yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir: “Layihəyə uyğun olaraq 2 tunel, 2 körpü, 1 yeraltı və 1 yerüstü piyada keçidləri nəzərdə tutulub. İşlərinin təxminən 70 faizi yerinə yetirilən, uzunluğu 276 m, qapalı hissəsi 58,5 m olan 1-ci tunelin və uzunluğu 205 m olan 1-ci körpünün, eləcə də uzunluğu 169 m olan 2-ci körpünün tikintisi başa çatdırıldıqdan sonra yeni tikilən yoldan Olimpiya stadionu ərazisinə, eləcə də Heydər Əliyev Beynəlxalq Hava Limanından və Olimpiya stadionu ərazisindən şəhərin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yeni tikilən avtomobil yoluna birbaşa çıxışı təmin olunacaq”.
Onun sözlərinə görə, tikinti işlərinin böyük hissəsi yerinə yetirilən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən uzunluğu 462 m, qapalı boyu 54,3 metr olan 2-ci tunel yeni tikilən avtomobil yolundan istifadə etməklə Olimpiya stadionu ərazisinə birbaşa, təhlükəsiz hərəkəti təmin edəcək və stadion ərazisində tikilən dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılar yaradacaq. Bundan əlavə, metronun “Koroğlu” stansiyası ərazisindən Olimpiya stadionuna piyadaların təhlükəsiz keçidini təmin etmək məqsədilə inşa olunan piyada körpüsündə işlərin 80 faizi yerinə yetirilib, piyada tunelində isə qazma işləri başa çatdırılıb.
P.Mürsəliyev qeyd edib ki, sözügedən layihələrin 2015-ci ilin aprel ayınadək başa çatdırılması nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info