Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Abdulla Güllə görüşüb
Tarix: 13.11.2014 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov İstanbulda Türkiyənin 11-ci prezidenti Abdulla Güllə görüşüb. Görüşdə 2015-ci ilin aprel ayında keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqlar, Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin inkişafı, bu münasibətlərin gücləndirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolu və Abdulla Gülün sabiq prezident kimi verə biləcəyi töhfələr müzakirə olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr, 2015-ci ilin aprel ayında təşkil olunacaq III Qlobal Müştərək Cəmiyyətlər Forumu haqqında Abdulla Gülə geniş məlumat verib. R.Muradov sabiq prezidenti bütün türk dünyası adından təşkilatın fəaliyyətində yaxından və aktiv iştirak etməyə, qarşıdakı foruma qatılmağa dəvət edib.
Mərkəzin əhəmiyyətini vurğulayan Abdulla Gül Azərbaycanda dünyanın nüfuzlu ictimai-siyasi liderlərinin birləşdiyi belə bir beynəlxalq əhəmiyyətli təşkilatın yaradılmasını sevindirici hal kimi qiymətləndirib və əlavə edib ki, bu, təkcə Azərbaycanın deyil, eyni zamanda bütün türk dünyasının bəşəriyyəti narahat edən qlobal problemlərin həll yollarının tapılmasında iştirakını təmin edə bilər. Mərkəzin dəvətini yüksək dəyərləndirən eks-prezident III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməklə Azərbaycana öz dəstəyini göstərəcəyini bildirib. A.Gülün fikrincə, atılmış hər bir addım iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət göstərməlidir.
Xatırladaq ki, 2007-2014-cü illərdə Türkiyə Respublikasının Prezidenti olmuş Abdulla Gül buna qədər ölkənin xarici siyasət idarəsinə (2003-2007) və hökumətə (2002-2003) rəhbərlik edib. Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı çərçivəsində III Qlobal Müştərək Cəmiyyətlər Forumunda 40-dan çox ölkənin sabiq dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək
03.04.2020
Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı
03.04.2020
Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03.04.2020
DMX koronavirusla bağlı növbəti videoçarx hazırladı - VİDEO
03.04.2020
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info