İndoneziya Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Tarix: 13.11.2014 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


İndoneziyanın vitse-prezidenti Yusuf Kala Azərbaycanın bu ölkədəki səfiri Tamerlan Qarayev ilə görüşündə ölkəsinin Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini söyləyib. O, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib, bundan istifadə etməyin önəmini qeyd edib. Y.Kala 2013-cü ildə Azərbaycana səfərini xatırladıb, onda ölkəmiz haqqında zəngin təəssüratların yarandığını bildirib və yeni vəzifədə Azərbaycana bir daha səfər etmək istədiyini vurğulayıb. O, səfirliyin İndoneziyada fəaliyyətinə hər cür kömək göstərməyə hazır olduğunu diqqətə çatdırıb. Vitse-prezident İndoneziyanın enerji təhlükəsizliyinin yeni hökumətin işində vacib rol oynayacağını və bu sahədə digər neft və qaz istehsalçısı olan ölkələrlə birbaşa əlaqələrin yaradılmasına üstünlük verdiyini vurğulayıb. O, İndoneziyada neft hasilatının aparılmasına baxmayaraq, bu həcmin ölkənin ehtiyacını ödəmədiyini və digər dövlətlərdən ixrac olunduğunu qeyd edib. Y.Kala ölkəsinin bu sahədə Azərbaycan ilə birbaşa əlaqələrin yaradılmasında maraqlı olduğunu söyləyib. Səfir T.Qarayev Azərbaycan ilə İndoneziya arasında siyasi, iqtisadi sahələrdə münasibətlərin inkişafının məmnunluq doğurduğunu bildirib, münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyinə inandığını söyləyib və bu istiqamətdə bərabər çalışacaqlarına əmin olduğunu vurğulayıb. Diplomat görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında da ətraflı məlumat verib. İndoneziyanın vitse-prezidenti Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında xəbərdar olduğunu bildirib. Y.Kala İndoneziyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli mövqeyinin olduğunu söyləyib və bildirib ki, rəsmi Cakarta problemin sülh yolu ilə, sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinin tərəfdarıdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info