Qafqaz Universitetində olimpiada keçirildi
Tarix: 13.11.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan bölməsi, IEEE Telecommunication Society Azərbaycan bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə “39-cu ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (X Azərbaycan Çempionluğu) Qafqaz Universitetində keçirildi. Müsabiqədə 14 universitetdən, o cümlədən: Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universitetindən ümumilikdə 58 komanda (hər komandada 3 tələbə) və müsabiqədənkənar 3 məktəblilər komandası iştirak etdi.
Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni həll etmək tapşırığı verildi. Qiymətləndirmə e-olimp.com.ua/az saytında avtomatik test sistemi ilə aparıldı. Qafqaz Universitetinin Qafqaz U 1 komandası I; Qafqaz U 2 komandası II; Qafqaz U 3 və Qafqaz U 5 komandaları III, Moskva Dövlət Universitetinin Bakı filialının BakuMSU1 və BakuMSU8 komandaları III yerə layiq görüldülər.
Qafqaz Universitetinin Qafqaz U 6, Qafqaz U 4, Azərbaycan Dövlət Neft Akademiyasının Az SOA 5, Bakı Dövlət Universitetinin Baku SU1, BakuSU 3, Baku SU 2, Moskva Dövlət Universitetinin Bakı flialının BakuMSU2, məktəblilərdən ibarət SHOOL1 və SHOOL2 komandaları III dərəcəli diplomla təltif olundular.
Müsabiqənin qalibləri 6-7 dekabr 2014-cü il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “39-cu ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmək üçün vəsiqə qazanıblar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info