Regionlarda “Gənc könüllülər klubu” yaradılıb
Tarix: 13.11.2014 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin “Azərbaycan Gəncliyi 2011- 2015 - ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq həyata keçirdiyi Azərbaycan Res¬publikasının Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələş¬dirilən “Regionlarda “Gənc könüllülər klubu” nun yaradılması, gənclərin könüllü fəaliyyətə həvəs¬ləndirilməsi- 2 mərhələ” adlı layihə çərçivəsində Daşkəsən, Ağdaş, Göyçay, Quba, Xaçmaz rayonlarında “Gənc könüllülər Klubu” yaradılıb. Layihənin məqsədi region gəncləri arasında könül¬lülüyün təşviq edilməsi və gücləndirilməsidir. Bundan əlavə layihə regionlarda könüllülük ide¬yasının gənclər arasında təşviq olunması, könüllülərin formalaşdırılmasını, İcma-könüllü əməkdaşlığının qurulmasını nəzərdə tutur.
Layihə çərçivəsində regionlarda “Könüllü məktəbi” çərçivəsində təlimlər keçirilib.Təlimlərə qeyd olunan regionlardan regionlardan 1000 gənc cəlb olunmuşdur. Təlimlərdə əsasən aşağıdakı mövzular əhatə olunub: Könüllülük nədir; Könüllülüyün prinsipləri və məqsədləri; Kim könüllü ola bilər; Könüllünün və təşkilatların hüquq və vəzifələri; Könüllülərin iştirakçılığı; Könüllülük: yerli və beynəlxalq təcrübə; Könüllülük sahəsində qanunvericilik; Könüllük sahəsində beynəlxalq gənclər proqramları və s.
Təlimlərin nəticəsi olaraq regionlarda gənc-könüllülər klubları yaradıl¬ıb. Klubun rəhbərləri də seçilib. Layihənin əsas nəticələrindən biri kimi regionlarda “Gənc Könüllülər Klubu”nun yara¬dılmasını xüsusilə qeyd etmək lazımdır. Bu günə qədər Azərbaycanın bəzi regionlarında belə klubların yaradılmasına təşəbbüs gös¬təril¬sə də bu iş davamlı olmay;b. Bu ba¬xım¬dan həyata keçiriləcək layihə çərçivəsində yaradılacaq “klublar” davamlı fəaliyyət gös¬tərəcək və regionlarda müxtəlif könüllülk təşəbbüslərində iştirak edəcək. Layihə çərçivəsində hər bir region “Gənc Könüllülər Klubu”nun facebook səhifəsi fəaliyyət göstərir. Bu səhifə vasitəsilə regionlarda könüllülüklə məşğul olmaq istəyən gənclər şəbəkələşəcək, bir biri ilə daha sıx əlaqədə işləyəcəklər. Regionlarda “Gənc Könüllülər Klubu” larında təmsil olunan gənclər sosial təşəbbüslərlə çıxış edəcəklər və regionda layihələrin icrasında iştirak edəcəklər.
Layihə çərçivəsində Azərbaycanda ilk nümunələrdən olan “Könüllü fəaliyyət üçün bələdçi” adlı kitabça nəşr olunub. Ölkəmizdə könüllü fəaliyyət haqqında, onun nəzəri və praktik əsaslarına dair əyani vəsaitlər, araşdırmalar elə də çox deyil. Bu təlabatı nəzərə alaraq, “Bizim Nəsil” Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazir¬liyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində kitabçanı nəşr etmək qərarına gəlib. Bu kitabça könül¬lülərin fəaliyyətinin, on¬la¬rın təşkilatların fəaliyyətinə cəlb edilməsinin həm nəzəri, həm də praktiki metodlarını təklif edir. Bu vəsait hazır¬lanarkən ABŞ, Böyük Britaniya, Polşa, keç¬miş SSRİ ölkələrinin təcrübəsindən və nümunələrindən istifadə edilib. Ümidvarıq ki, bu və¬sait könüllü fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərin və təşkilatların işinə kö¬mək edəcək.
Layihə çərçivəsində iştirakçılara “Könüllü fəaliyyət üçün bələdçi” kitabçası ilə yanaşı, müxtəlif təbliğat xarekterli materiallar da paylanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info