“Rusiya Azərbaycan tələbələrinin gözü ilə” müsabiqəsinə yekun vurulub
Tarix: 13.11.2014 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Xəzər Universitetinin, Moskva azərbaycanlılarının milli-mədəni muxtariyyatının, “İnkişaf” İdman və Mədəniyyət Fondunun, “Müasir İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə universitetin akt zalında “Rusiya Azərbaycan tələbələrinin gözü ilə” adlı müsabiqənin yekun tədbiri keçirilib. Tədbirdə Xəzər Universitetinin prorektoru İsaxan İsaxanlı, Azərbaycandakı rus icmasının təmsilçisi Lubov Timofeyevna, Moskva azərbaycanlıları milli-mədəni muxtariyyatı təşkilatının sədri Qalib Ağayev, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, politoloq Nəzirməmməd Qaramanlı, Rusiya Təhsil Akademiyasının Sankt-Peterburq Smolnı Universitetinin rektoru Heydər İmanov çıxış ediblər. Qalib Ağayev bildirib ki, 10 ildir fəaliyyət göstərən təşkilatın məqsədlərindən biri də gənclərin başqa xalqların tarixinə, mədəniyyətinə marağını artırmaqdır. Daha sonra Xəzər Universitetinin tələbələri arasında qalibin seçilməsi üçün yarışma həyata keçirilmişdir. Üç mərhələ üzrə baş tutan müsabiqədə iştirakçılar həm suallara cavab verib, həm Rusiya dövləti haqqında onlara verilmiş ev tapşırıqlarını yerinə yetirib, həm də rus şairlərindən şeirlər səsləndiriblər. Yarışmannın qalibləri olmuş Leyla Mahmudova və Nicat İsmayıl Rusiyaya on günlük səfər etmək şansı qazanıblar. Digər iştirakçılara fəxri fərmanlar və medallar təqdim edilmişdir. Tədbirdə eyni zamanda azərbaycanlı gənclərin, xüsusən Sumqayıtda doğulan və Rusiyada yaşayan Yaroslav Semyonovun ifasında səslənən Azərbaycan mahnıları iştirakçıların marağına səbəb olub.
Daha sonra Bakı Atatürk Liseyinin, Moskva azərbaycanlılarının milli-mədəni muxtariyyatının, “İnkişaf” İdman və Mədəniyyət Fondunun, “Müasir İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə liseyin akt zalında “Rusiya Azərbaycan şagirdlərinin gözüylə” adlı müsabiqənin yekun tədbiri keçirilib. Tədbirdə liseyin müdiri Ali Devrim, Moskva azərbaycanlıları milli-mədəni muxtariyyatı təşkilatının sədri Qalib Ağayev çıxış ediblər. Daha sonra Liseyin şagirdləri arasında qalibin seçilməsi üçün yarışma həyata keçirilmişdir. Üç mərhələ üzrə baş tutan müsabiqədə iştirakçılar həm suallara cavab verib, həm Rusiya dövləti haqqında onlara verilmiş ev tapşırıqlarını yerinə yetirib, həm də rus şairlərindən şeirlər səsləndiriblər. Tədbirdə eyni zamanda liseyin şagirdlərinin, Yaroslav Semyonovun ifasında Azərbaycan mahnıları səsləndirilib, Azərbaycandakı tatar icmasının üzvlərinin iştirakı ilə tatar milli rəqsləri təqdim edilib.
Son olaraqsa Mingəçevirdəki 3 saylı orta məktəbdə Moskva azərbaycanlılarının milli-mədəni muxtariyyatının, “İnkişaf” İdman və Mədəniyyət Fondunun, “Rusiya Azərbaycan şagirdlərinin gözüylə” müsabiqənin yekun tədbiri keçirilib. “Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyatı təşkilatının və “İnkişaf” İdman və Mədəniyyət Fondunun birgə həyata keçirdiyi layihədə məqsəd Azərbaycan və Rusiya arasında mədəni əməkdaşlığı genişləndirməkdir”- deyən təşkilatın nümayəndəsi Qalib Ağayev onu da bildirib ki, onlar son 10 ildə “Azərbaycan Rusiya tələbələrinin və şagirdlərinin gözüylə” adlı tədbirlərə də ev sahibliyi ediblər: “Məqsəd Azərbaycan mədəniyyətini, coğrafiyasını və tarixini Rusiyada təbliğ etməkdir”. Mingəçevir şəhəri Təhsil Şöbəsinin əməkdaşı Validə Əlizadə qeyd edib ki, dörd mərhələ üzrə baş tutan yaradıcılıq müsabiqəsində iştirakçılar həm rəsm çəkib, inşa yazıb, həm də Rusiya dövləti haqqında onlara verilmiş ev tapşırıqlarını yerinə yetiriblər. Şagirdlərin təqdimatında səhnəciklər, musiqi nömrələri, şeirlər tədbirə rəng qatıb. Yaroslav Semyonovun ifasında səslənən Azərbaycan mahnıları da iştirakçıların marağına səbəb olub. Sonda münsiflər heyətinin seçimi ilə mingəçevirli şagirdlərdən Lətif Məmmədov, Günel İsmayılova və Maya İsmayılova Moskvaya 10 günlük səyahət qazanıblar.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info