ABŞ politoloqları: “Rusiyanı qiymətləndirməmək olmaz”
Tarix: 13.11.2014 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


“Bu gün artıq kimsə prezident Putinin Yaxın Şərqdə, xüsusən də Suriyada öz maraqlarını təmin edən aktiv siyasət aparmasına, ABŞ-a qarşı forpost yaratmağa çalışmasına şübhə ilə yanaşa bilməz”. Bu barədə ərəblərin "Al Watan" qəzeti yazır.
Rusiya rəhbərliyi requlyar olaraq Suriya müxalifətinin nümayəndələri ilə görüş keçirir və onları münaqişənin sülh yolu ilə tənzimlənməsinə, Suriyanın suverenliyinin və müstəqilliyinin saxlanmasına inandırmağa çalışır.
Rusiyanın aktiv siyasətinə baxmayaraq, amerikan adnimistrasiyası rəsmi və qeyri-rəsmi şəkildə elə davranırlar ki, guya Rusiyanın səylərini görmürlər.
“Soyuq müharibə” dövrünün əsas amerikan siyasətçilərindən biri, keçmiş dövlət katibi Henri Kissincer Obama administrasiyasını Prezident Putinlə konfrontasiyaya girməyin təhlükəsi barədə xəbərdar edən ilk adam olub. Az öncə o, “Washington Post”da bu barədə belə yazıb: “Obama administrasiyası əgər Putinin rolunun ciddiyə almasa, ciddi siyasi səhvə yol vermiş olacaq”. O, Vaşinqtonu əməkdaşlığa çağırıb və Ukrayna məsələsində Rusiya ilə qarşılıqlı anlaşmaya getməli oduqlarını bildirib.O deyib ki, Urkaynanın bir hissəsinin digər hissəsi üzərində hökmranlığı yolverilməzdir. Kissincerlə professor Pol Pillar da razıdır. O hesab edir ki, Rusiyanın inqilabaqədərki tarixini, sovet tarixini və Putinin hakimiyyətə gəlməsindən sonrakı tarixi bilən hər kəs bilir ki, Rusiya Ukraynada və Yaxın Şərqdə öz maraqlarını kimsəyə güzəştə getməyəcək.
Əgər son aylarda Rusiya və Amerikanın regionda siyasətinə nəzər yetirilsə, aydın olar ki, Putin regional və beynəlxalq səviyyədə Obamaya qarşı tənqidi münasibətə nail olub.
Bu gün dünyanın çox ölkələri ABŞ-a yaxşı münasibət bəsləmir və onun Rusiyaya, Çinə və Avropa ölkələrinə qarşı siyasətini tənqid edirlər.
“The American Conservative” jurnalının redaktoru Deniel Larison yazır ki, bütün rusiyalılar Putini ABŞ-a qarşı dayanmaqda dəstəkləyirlər. “ABŞ təhdidi” ilə mübarizə yalnız Putinin mövqeyini möhkəmləndirir.
ABŞ politoloqları Yaxın Şərqlə bağlı isə bunu bildirirlər ki, Rusiya öz mövqeyini Suriyada təsdiqlədə və özünü yeni müttəfiqlərlə təmin edə bilib. Bunun qarşılığında isə ABŞ az qala, hər gün müttəfiq itirməkdədir. Bundan başqa, ABŞ-ı dəstəkləyən İran körfəzindəki dövlətlər gələcəkdə tezliklə ciddi siyasi böhranla üzləşəcəklər, bu isə Rusiyanın müttəfiqləri olan Dəməşq, Tehran, Fələstin kimi tərəflərin mövqeyinin güclənməsnə səbəb olacaq”.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info