Çin və ABŞ iqlim problemi ilə bağlı tarixi razılığa gəliblər
Tarix: 13.11.2014 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Çin və Amerika Birləşmiş Ştatları Sakit Okean İqtisadi Əməkdaşlığı (ASİƏ) sammitində inqilabi razılaşmaya imza atıblar.
“Euronews” telekanalı xəbər verir ki, ABŞ prezidenti Barak Obama və Çin lideri Si Tsin Pin iqlimlə bağlı danışıqlar nəticəsində konkret razılığa gəliblər.
Razılaşma çərçivəsində Çin havaya atılan zərərli qazların miqdarını 2030-cu ildən sonra kəskin surətdə aşağı salmağı qarşısına məqsəd qoyub. Vaşinqton isə öz növbəsində 2025-ci ilədək zərərli qazların həcmini 26-28 faiz azaltmaq niyyətini bildirib.
Lakin ABŞ prezidentinin qərarına tənqidlə yanaşan senatdakı respublikaçılar çoxluğunun başçısı bu hədəfin qeyri-real olduğunu deyib.
Bu baxımdan hazırda Pekin razılaşması yalnız siyasi xarakter daşıyır. Ekspertlər isə mövcud tədbirlərin qlobal istiləşmənin sürətinin zəiflədilməsinə kifayət etmədiyini və iqlim dəyişikliklərinin faciəvi nəticələrinin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atılmasının vacibliyini vurğulayırlar.
Qeyd edək ki, atmosferə atılan zərərli qazların ümumi həcminin 40 faizdən çoxu ABŞ və Çinin payına düşür.
Fuad




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Sarı jiletlər” Fransada şənbə gününə yeni aksiya təyin edib
13.12.2018
“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb
13.12.2018
“Brexit”: Tereza Mey etimad səsverməsində qalib gəlib
12.12.2018
Türkiyə Suriyada yeni əməliyyata başlayır
11.12.2018
Makron sükutu pozdu, “Sarı jilet”lər aksiyasının 5-ci aktına çağırış edildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info