Beynəlxalq Tələbə Həftəsində viktorina keçirilib
Tarix: 13.11.2014 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


10-17 noyabr Beynəlxalq Tələbə Həftəsi Naxçıvan Dövlət Universitetində maraqlı və yaddaqalan silsilə tədbirlərlə qeyd olunur. Universitetin Tələbə Gənclər Təşkilatı isə bu münasibətlə fakültələrarası “Nə? Harada? Nə zaman?” adlı viktorina təşkil edib.
Yarışdan öncə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasəti ölkənin sağlam gələcəyinin, intellekt bazasının formalaşmasına xidmət edir. Beynəlxalq Tələbə Həftəsi çərçivəsində universitetdə təşkil olunan elmi konfranslar, idman yarışları, mədəni kütləvi tədbirlər tələbələrdə vətənpərvərlik ruhunun aşılanması, onların əxlaqi-mənəvi tərbiyəsi, elmi və fiziki potensiallarının üzə çıxarılması baxımından əhəmiyyət kəsb edir. Rektor viktorina iştirakşılarına uğurlar arzulayıb. ATGTİ sədr müavini, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev çıxışında xatırladıb ki, 17 noyabr beynəlxalq tələbə günü 1939-cu ildə Çexoslovakiyada tələbə və müəllimlərin faşist qoşunlarının zorakılığına məruz qalması ilə bağlıdır. Bu əlamətdar gün 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində təsis edilib, Azərbaycanda da Beynəlxalq Tələbə Həftəsi kimi ənənəvi şəkildə qeyd olunur. Arzu Abdullyev tələbələrə bundan sonra da ölkənin ictimai-siyasi həyatında fəal olmaq, gələcəyin ixtisaslı mütəxəssisləri və ziyalıları kimi yetişmək üçün əzmlə çalışmaq arzulayıb. Viktorinanın təşkilatçılarından olan Elton Ağayev iştirakçıları bilik yarışmasının gedişi və qaydaları ilə tanış etdikdən sonra sonra viktorinaya start verilib. 11 komandada təmsil olunan tələbələr 3 turun hər birində beş sual cavablandırmalı olublar. Gərgin intellektual mübarizənin sonunda viktorinanın qalibi Sosial idarəetmə və hüquq fakültəsinin komandası olub. Tibb fakültəsi ilə Memarlıq və mühəndislik fakültələrinin komandaları isə ikinci və üçüncü yerləri paylaşıb.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri






 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info