“Azərbaycandan tranzit ölkə kimi istifadə etməkdə qərarlıyıq”
Tarix: 13.11.2014 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Məhəmməd Nəhavəndian “Trend”ə müsahibəsində deyib ki, Azərbaycan və İran arasında mövcud ticarət əlaqələri inkişaf etdirilir:
“İki ölkənin uzun quru və su sərhədlərinə malik olması bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensial yaradır. Hər iki ölkənin bu potensialdan istifadə etməsi lazımdır. Bunun üçün isə ilk növbədə, hər iki ölkə əməkdaşlıq üçün mövcud potensialları öyrənməlidir”. O qeyd edib ki, İran və Azərbaycan gömrük tarifləri, yükdaşımalar, ixrac və idxal qaydaları sahəsində bir-birinə qarşılıqlı imtiyazlar verməlidirlər: “Ticari prosedurların sadələşdirilməsi üçün iki ölkənin bankları arasında əlaqələr genişləndirilməlidir və banklar bir-biriləri ilə yaxından əməkdaşlıq etməlidirlər. Biz İran və Avropa arasında idxal-ixrac əməliyyatları üçün tranzit yollardan biri kimi Azərbaycan ərazisindən istifadə etməkdə qərarlıyıq. Prezidentlərin görüşündə müzakirə olunan mövzulardan biri də Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu vasitəsilə iki ölkənin dəmiryol şəbəkəsinin birləşdirilməsi məsələsi idi. Bu dəmiryolu Azərbaycan ərazisindən Avropaya kimi uzanacaq. Əlbəttə, bu layihəni reallaşdırmaq üçün böyük miqdarda investisiya yatırmaq lazımdır. Dəmiryolunun tikintisi iqtisadi baxımdan səmərəli olduğundan hazırda layihənin maliyyələşdirilməsi üçün bir neçə təklif irəli sürülüb. Biz bunu strateji layihələrdən biri hesab edirik və inanırıq ki, hər iki ölkənin səyləri nəticəsində layihə reallaşdırılacaq”. Bu dəmiryolu İranın Avropa ilə əlaqələrini inkişaf etdirməsi üçün alternativ seçim olacaq. İran hazırda bu məqsədlə avtomobil yollarından da istifadə edir. Biz yük maşınlarının hərəkətini asanlaşdırmaq və yolların dözümlülüyünü gücləndirməklə İran və Avropa arasında ticari əlaqələri artırmaq üçün Azərbaycan yollarından da istifadə edə, Azərbaycan və Gürcüstan istiqamətində tranziti gücləndirə bilərik. Bu barədə müzakirələr apardıq. Bu layihələr Azərbaycan və İranın birgə maliyyə vasaiti hesabına reallaşacaq”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info