“Bu məğlubiyyət bizə dərs olmalıdır”
Tarix: 13.11.2014 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


"Çox yaxşı komandaya qarşı oynadıq. Keçirdikləri son 5 yoldaşlıq oyununda qol buraxmayıblar. Rəqib daha çox qol vura bilərdi, ancaq bizim də iki epizodda fərqlənmək imkanımız oldu".
Bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim Braziliya ilə yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis bu məğlubiyyətin onlar üçün bir dərs olacağını bildirib: "Bu məğlubiyyət bizə dərs olmalıdır. Çox nadir hallarda komandada aciz vəziyyətdə qalmışam. Mən də daxil olmaqla Türkiyədə hər kəs həqiqətlərlə üzləşməlidir. Beynəlxalq arenada uğur qazanmaq üçün bir sıra layihələr təşkil olunmalıdır". Azarkeşlərin futbolçularını fitə basmasına da münasibət bildirən Terim bu haqda belə deyib: "Burada daha önəmli məsələ var. Bu futbolçular bizim övladlarımızdır. Bacardıqlarını etdilər. Beş dəfə dünya çempionu olmuş bir komandaya qarşı oynadıq. Braziliyada Neymar, Villian, hər kəs alqışlanmalıdır. Bizim futbolçular da. Onlar pis oynaya bilərlər. Matçın 19-cu dəqiqəsində qol buraxan kimi fitə basmalar, alqışlamalar başladı. Oyunun 15-ci dəqiqəsində federasiya prezidentinə etirazlar edildi. Mən Qazaxıstanla seçmə mərhələ oyunundan sonra Argentina ilə də qarşılaşmağımızı istəyirəm. Azarkeşlər Messini də izləsinlər". Qeyd edək ki, Türkiyə millisi yeni antirekorda imza atıb. Braziliya ilə İstanbulda keçirilən yoxlama görüşündə 0:4 hesabı ilə uduzan “ay-ulduzlular” indiki baş məşqçi Fatih Terimin rəhbərliyi altında ən ağır məğlubiyyətini alıb. Mütəxəssis yığmada ilk dəfə belə biabırçı nəticə ilə üzləşib. Tanınmış mütəxəssisin çalışdırdığı dövrdə ilk dəfə 4 top fərqilə yenilən Türkiyə millisi ümumilikdə 11 il yarımdan sonra belə ağır zərbə aldı. 2003-cü il aprelin 30-da Teplitse şəhərində Çexiya tərəfindən darmadağın olunan Türkiyə o vaxtdan belə uduzmurdu.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info