Bərdədə sahibkarların iştirakı ilə müzakirələr keçirilib
Tarix: 13.11.2014 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Bərdədə sahibkarların iştirakı ilə “Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr keçirilmişdir.
Tədbirə İqtisadiyyat və Sənaye Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.
Tədbirdən əvvəl iştirakçılar Aran iqtisadi rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olmuşlar. Sərgidə 20-dən çox sahibkarlıq subyektinin ixracyönümlü və rəqabətqabiliyyətli 100-dən çox çeşiddə məhsulları nümayiş etdirilir. Sərgi tədbir iştirakçıları və ziyarətçilər tərəfindən maraqla qarşılanmışdır.
Sonra müzakirələrdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamışdır. Qeyd edilmişdir ki, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi, ölkənin ixrac imkanlarının artırılması Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Görülən dəstək tədbirlərinin nəticəsində Azərbaycanın ixrac imkanları genişlənir, qeyri-neft məhsullarının ixracı artır. Bu gün rəqabətqabiliyyətli yerli məhsullar ənənəvi bazarlarla yanaşı, bir sıra xarici ölkələrə ixrac edilir. Bununla belə, müxtəlif məhsulların ixracı sahəsində ölkəmiz geniş potensiala malikdir.
Tədbirdə qeyd edilmişdir ki, özəl sektorun inkişafına kompleks dövlət dəstəyi tədbirləri, dövlət proqramlarının icrası, sahibkarlıq subyektlərinin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi, startaplara dəstək verilməsi, biznes inkubatorların yaradılması və s. kimi tədbirlər sahibkarlığın inkişafını stimullaşdırır, müasir texnologiyaların tətbiqinə əsaslanan iri istehsal müəssisələri yaradılır. Bu müəssisələrdə istehsal olunan ixracyönümlü rəqabətqabiliyyətli məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur, beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev dövlət başçısının rəhbərliyi ilə ölkədə qeyri-neft sektorun inkişafına verilən dəstək nəticəsində digər rayonlar kimi, Bərdədə də aqrar sektorun sürətlə inkişaf etdiyini, bu sahədə müxtəlif istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu istiqamətdə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir.
Tədbirdə Azərbaycan İnvestisiya Şirkətinin, İqtisadiyyat və Sənaye Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinin, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və AZPROMO-nun nümayəndələri çıxış edərək ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın dəstəklənməsi və inkişafı, güzəştli maliyyə vəsaitlərinə çıxış imkanları, regionların inkişafına dəstək, ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları və bu imkanlardan istifadə edilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Tədbir sahibkarların suallarının cavablandırılması ilə davam etmiş, sahibkarları maraqlandıran məsələlər dinlənilmiş, xarici bazarlara çıxış imkanları müzakirə edilmiş və həmin məsələlərin həlli istiqamətində məlumat verilmişdir.
Çıxış edən sahibkarlar ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmiş, yaradılmış əlverişli biznes mühitindən istifadə edərək məhsul istehsalının və ixracın artırılması istiqamətində görüləcək işlər barədə məlumat vermişlər.
Müzakirələrdən sonra, Aran iqtisadi rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələri olan “Azqida” MMC, “Yevlax İstixana” firması və Qarabağ Sənaye Kompleksinin Bərdə ət kəsimi fabriki və soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
04.08.2020
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı, 5 nəfər öldü
03.08.2020
COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər
03.08.2020
Hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib
03.08.2020
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı, 6 nəfər öldü
03.08.2020
İlanların təhlükəsindən qorunmaq üçün təklif: Serpentoloqlardan ibarət qurum yaradılsın

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Manqal salatı-VIDEO
2 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
3 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
4 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
5 Parça qalıqlarından unikal geyimlər: azərbaycanlı dizayner dayanıqlı dəb yaradır-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info