Biləsuvarda keçirilən iməcilikdə 3 min 500 ağac əkilib
Tarix: 13.11.2014 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq layihəsi çərçivəsində Biləsuvar rayonunda keçirilən növbəti iməciliklər zamanı park və xiyabanlarında, küçə və məhəllələrdə səliqə-sahman yaradılıb, yaşıllıqlara qulluq göstərilib.
Kənd və qəsəbələri, eləcə də Biləsuvar şəhərini əhatə edən aksiyaya idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı, rayon sakinləri də qoşulublar. Təmiz ekoloji mühit yaradılması və yeni yaşıllıqların salınması məqsədi ilə Əsgabad-Müğan-Çaylı dairəvi yolunun kənarlarında, kənd və qəsəbələrdə, park və xiyabanlarda 3500-dən çox ağac əkilib. Aksiyada 1000-ə yaxın rayon sakini iştirak edib. Biləsuvarın təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq əkilən ağaclar, gül kolları xüsusi maşınlar vasitəsilə suvarılıb, qoruyucu zolaqlar çəkilib. Bir neçə gün əvvəl başlayan aksiyanın ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Azərbaycan vətəndaşlarının səfər üçün daha çox seçdikləri yerlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10837

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info