Taliblər 20 min şagirdin məktəbə getməsinə mane olur
Tarix: 13.11.2014 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Taliban hərəkatı Əfqanıstanın şərqində yerləşən Nanaqarxar əyalətində əhaliyə təhsil müəssisələrinə getməyi qadağan edib. TASS informasiya agentliyi xəbər verir ki, yerli hakimiyyət 26 təhsil müəssisəsində dərslərin dayandırılması barədə qərar verməyə və 20 min şagirdi nə vaxt bitəcəyi bilinməyən planlaşdırılmamış tətillərə buraxmağa məcbur olub. Ultimatum hərəkatın iki üzvünün təhlükəsizlik xidməti tərəfindən həbs olunmasından sonra verilib. Taliblər güc strukturları rəhbərlərinin istefası və yoldaşlarının azad olunması müqabilində təhsil müəssisələri ilə bağlı verdikləri ultimatumu geri götürəcəklərini bildiriblər. Nanaqarxar qubernatorluğundan verilən məlumata görə, hazırda hərəkat üzvləri ilə tayfa ağsaqqalları arasında danışıqlar davam edir. Ənənəvi olaraq dünyəvi təhsilə şübhə ilə yanaşan taliblər onu mənəvi pozğunluğun mənbəyi hesab edirlər. Bu səbəbdən məktəblər və təhsil işçiləri tez-tez onların hədəfinə çevrilir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info