“The National Interest”: “Dünya sürətlə “avropasız”laşır”
Tarix: 14.11.2014 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Bu ilin noyabrın əvvəllərində ABŞ prezidenti Obama çinli həmkarı Si Çzinpinlə görüşəcəyi ərəfədə dövlət katibi Con Kerri Vaşinqtonda bəyan etmişdi ki, «ABŞ-ın Çin ilə münasibətləri bu gün dünyanın ən əhəmiyyətli münasibətlərindən biridir və bu münasibətlər 21-ci əsrin formalaşmasında böyük önəm kəsb edəcək».
Bundan bir müddət əvvəl isə Çinə səfər edən ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Syuzan Rays dövlət katibindən daha da irəli gedərək öz «Tvitter» səhifəsində: «"21-ci əsrin ən qlobal çağırışlarının səmərliliyi ABŞ və Çin olmadan mümkün deyil»-deyə yazmışdı.
Əlbəttə, bunlar sadəcə diplomatik reverans deyildi. Bu, Amerikanın xarici siyasətinin gələcək dünyaya baxmaq haqqında əhəmiyyətli bir siqnalı idi. Hazırda Vaşinqtonda belə bir əminlik yaranıb ki, ətrafda baş verən bu çarpışmalarda ABŞ Çinlə birlikdə dünyanı arxasınca «sürükləyəcək». Və əgər iki güc öz münasibətlərini səmərəli şəkildə davam etdirə bilsələr, o halda hər şey yaxşı olacaq. Əks halda qarşıdakı onilliklər ərzində yaşamaq, demək olar ki, hər şey çətin olacaq.
Təbii ki, bunun da elmi əsasları var. Təsəvvür edin ki, bu gün tərəqqidə olan güclər böyük dövlətlərin əvvəlki nəsilləri tərəfindən yaradılmış beynəlxalq hakim sifarişi ilə üz-üzə, başqa sözlə desək, açıq seçim qarşısında qalıblar. Belə olan halda onlar ya bununla uyğunlaşmalı, ya da ona qarşı getməlidirlər.
Hələ bir müddət əvvəl -2007-ci ilin yayında «National Interest» jurnalında dərc edilmiş «Qərbsiz dünya» adlı essedə bu, qüsurlu elmi nəzəriyyə kimi qeyd edilmişdi. Amma ötən 7 il ərzində bu nəzəriyyənin reallığı bir daha sübut olundu. «PRB» jurnalının icmalçısı Aleksandr Mixeiçevə görə, bir çox Qərb analitiklərinin qlobal dünyadakı dəyişikliklərə öz narahaçılıqlarını büruzə verməsi əlbəttə ki, əsassız deyil. Dünya bizim təsəvvür etdiyimizdən də daha sürətlə dəyişir: «Ümumilikdə, XXI əsrdə dünya hadisələri ABŞ və Çin tərəfindən müəyyən ediləcək, qalan ölkələr isə bu hadisələrin gedişindən asılı olacaq. Əlbəttə, Qərbin liberal dünyası bunu necə qarşılayacaq? Bu, qarşıdurmaya gətirib çıxarmayacaqmı?
Ancaq «National Interest» nəşrinin ekspertləri bütün bunlara inanmırlar, bunları tamamilə başqa bir utopiya kimi qəbul etməyə çalışırlar. Reallıq isə göz önündədir. Çin və daha inkişaf etməkdə olan ölkələr paralel şəkildə liberal Avropadan «yan» keçən, qlobal nizamı dəyişən dünya qururlar. BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, Asiya Infrastruktur Sərmayələr Bankı- bu təşkilatlar artıq "qeyri-ciddi" qəbul edilə bilməz. Göründüyü kimi, «Avropasız dünya» 10 il əvvəl təsəvvür edilmədiyi halda, bu gün çox sürətli inkişaf edir.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
10.08.2019
Radikallar dövlətin mənafelərini, vətəndaşların hüquqlarını qoruyan polisdən nə istəyirlər?
07.08.2019
AXC-Müsavatın hakimiyyət davası olmasaydı, torpaqlar əldən getməyəcəkdi
05.08.2019
“Azərbaycan dövlətini və xalqını xaricdə layiqincə təbliğ etməyə çalışıram”
01.08.2019
“Ermənistanda maaşları artırmaq üçün sabit maliyyə mənbələri yoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info