Beynəlxalq uşaq konfransı
Tarix: 14.11.2014 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşəbbüsü və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Bakıda üçüncü beynəlxalq uşaq konfransı keçirilir. Toplantıda 5 ölkədən 70-ə yaxın məktəbli iştirak edir. Qala qəsəbəsində yerləşən Etno-Ekoloji Mərkəzdə təşkil olunan açılışda Azərbaycan, Almaniya, Latviya, Macarıstan, Ukrayna, Belarusdan olan iştirakçılara ekologiya, tullantıların idarə olunmasının ətraf mühitə verdiyi faydalar barədə məlumat verilib. “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov və “EkoSfera” sosial ekoloji mərkəzinin rəhbəri Firuzə Sultanzadə paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən layihələrdən danışıblar. Sonra məktəblilər komandalara bölünərək ekoloji layihələrin hazırlanmasında iştirak ediblər. Növbəti günlərdə konfrans iştirakçılarının Heydər Əliyev Mərkəzinə, eləcə də Balaxanı qəsəbəsində yerləşən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarına maarifləndirici səfəri nəzərdə tutulur. “Yenidən istifadə et, azalt və çeşidlə” devizi altında başlayan konfrans üç gün davam edəcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Problemli kreditlərlə bağlı 3 gündə 31 mindən çox şəxs kompensasiya alıb
25.04.2019
Milli zərgərlik sənətinə yiyələnən gənclərə sertifikatlar verilib - VIDEO
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info