Ümumdünya Parklar Konqresinin açılışı olub
Tarix: 14.11.2014 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi tərəfindən (IUCN) Avstraliyanın Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib. Heydər Əliyev Fondundan bildiriblər ki, Ümumdünya Parklar Konqresi 10 ildən bir keçirilir. Noyabrın 19-dək davam edəcək hazırkı tədbir sayca 6-cı konqresdir. Bu il keçirilən toplantı mühafizə olunan ərazilərin daha səmərəli şəkildə idarə edilməsi və saxlanılması ilə bağlı qabaqcıl təcrübənin və biliklərin bölüşülməsinə həsr olunub.Tədbirdə bir sıra dövlətlərin prezidentləri, ətraf mühitin mühafizəsi üzrə məsul olan nazirlər və digər yüksək vəzifəli şəxslər, eləcə də beynəlxalq və regional təşkilatların rəhbərləri, tanınmış mütəxəssislər və aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında ölkəmizin ətraf mühitin mühafizəsi sahəsindəki təcrübəsi və bu istiqamətdə görülən tədbirlər barədə çıxış edəcək. Leyla Əliyevanın tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.
Qeyd edək ki, konqresin keçirildiyi ərazidə ətraf mühit sahəsində aparıcı təşkilat olan IDEA İctmai Birliyinin fəaliyyətini əks etdirən pavilyon da qurulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info