Ermənistandan danışıqlar prosesini pozmaq üçün növbəti təxribat
Tarix: 14.11.2014 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Aydın Mirzəzadə: “Ermənistan məsuliyyətin altından çıxmağa çalışır”
Ermənistan yenə öz ampulasındadır. Həmişə təxribat törədib qarşı tərəfi günahlandırmaqla tanınan işğalçı ölkənin rəsmiləri bu “ənənəni” bu gün də davam etdirirlər. Məlum olduğu kimi ordumuz tərəfindən Ağdamda təhlükəli uçuşlar edərək postumuza yaxınlaşan Ermənistan helikopteri zərərsizləşdirilib.
Ermənistan isə danışıqlar prosesini pozmaq üçün bundan bəhanə kimi istifadə etməyə başlayıb. Ümumiyyətlə, son zamanlar ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yüksək səviyyəli danışıqlar intensivləşmişdi. Həmsədrlərin dəstəyi ilə prezidentlər, habelə hər iki ölkənin xarici işlər nazirləri problemin nizamlanmasına dair prinsipial məsələləri müzakirə edib, həmçinin qoşunların təmas xəttində sabitliyin qorunması, atəşkəs rejiminin təmin edilməsi, snayperlərin geri çəkilməsi, müxtəlif təxribatlara yol verilməməsi və digər bu kimi məsələlərə dair müəyyən razılığa gəliblər. Təəssüf ki, Ermənistan tərəfi Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərdə, o cümlədən qoşunların təmas xəttində hərbi təlimlərə başladı. Belə bir təlimlər isə Ermənistanın anormal davranışından xəbər verirdi. Bu anormallığın nəticəsi oldu ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın hərbi hava qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterlər müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edərək atəşə tutub və uzaqlaşmağa çalışdı. Göründüyü kimi, Ermənistan rəhbərliyi dünya təcrübəsində mövcud olan bütün normalara zidd davranış nümayiş etdirib, danışıqlar prosesini pozmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışdı. Hazırda Ermənistan və erməni lobbisi həm də informasiya təxribatına keçərək baş vermiş hadisənin məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa çalışır.
Məsələyə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da münasibət bildirərək deyib ki, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə və məntiqinə yaxşı bələd olanlar bu hadisədən təəccüblənməzlər: “Bildiyiniz kimi, münaqişənin həlli ilə bağlı son proseslərə nəzər salsaq belə təəssürat yaranır ki, problemin həlli istiqamətində hərəkət var və səylər göstərilir ki, münaqişə həll olunsun. Ermənistan prezidenti, xarici işlər naziri bəyanatlar vermişdilər ki, danışıqlardan razıdırlar. Amma ermənilərin belə vəziyyətdə tez-tez təxribatlar törətməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı qərəzli mövqe formalaşdırması, görünür, onlara çox lazım idi. Özünüz düşünün, belə bir vaxtda Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində 40 minlik qoşunla təlim keçirmək nəyə lazım idi?! Özü də qoşunların təmas xəttindən keçərək Azərbaycan tərəfdə təxribat törətməkdə məqsəd nə idi?! Bax, Ermənistan rəhbərliyinin məkrli siyasəti bu məqamda özünü daha qabarıq göstərir. Guya danışıqlar prosesində irəliləyiş olması ilə bağlı beynəlxalq aləmdə fikir formalaşdırdıqdan sonra Ermənistan rəhbərləri diasporları, lobbiçiləri və arxalarında dayanan digər qüvvələrin vasitəsilə Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq üçün bu cür hiyləgər təxribatlara əl atmağa vərdiş ediblər. Ermənilər belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan münaqişənin həllini istəmir. Ermənistandan soruşan lazımdır, 25 ildir ki, Azərbaycanın işğal altında saxladığın ərazilərində hərbi təlim keçirməkdə məqsədin nədir?! Belə məkrli təxribatlar çox olub. Bu təxribatlar hansı məqsədlərlə edilirsə edilsin, ermənilər öz məqsədlərinə nail olmayacaqlar. İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir”.
XİN-də məlum olayla bağlı sərt şəkildə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, 12 noyabr tarixində son üç gün ərzində müşahidə edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistana məxsus iki ədəd Mi-24 tipli helikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutub. Cavab atəşi ilə helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub. XİN qeyd edib ki, Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib, müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb: “Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün və Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır”.
Bəyanatda daha sonra vurğulanıb ki, Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, Ermənistanın bu, məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun saxlanması məqsədi daşıyır.
Digər maraqlı məqam odur ki, helikopterin vurulmasından dərhal sonra erməni tərəfi rəsmi şəkildə yalanları bir-birinin ardına qoşmağa başlayıb. Vurulan helikopterin Ermənistana deyil, qondarma Dağlıq Qarabağ Respublikasına məxsus olduğunu bəyan etdilər. Sonradan ölən hərbçilərin adlarını da açıqladılar və bununla da öz yalanlarını faş etdilər. Separatçıların "müdafiə nazirliyi" bəyanat yayaraq bildirdi ki, "Dağlıq Qarabağ Respublikasının" helikopteri vurulub. Azərbaycan mövqelərinə hücuma keçmək cəhdi edərkən məhv edilən erməni hərbçilərindən biri mayor Sergey Saakyanın “Facebook” səhifələrində isə hər şey deyilənlərin əksini göstərir. Orada mayor Sergey Saakyanın Dağlıq Qarabağdan deyil, məhz Ermənistandan olduğu qeyd olunur. Saakyan sosial şəbəkədəki profilində doğulduğu və yaşadığı yer kimi Ermənistanın paytaxtı Yerevan şəhərini göstərir. Həmin pilot zərərsizləşdirildikdən sonra çoxsaylı Yerevan dostları fotonun altında ölümü ilə bağlı kədərləndiklərini qeyd ediblər. Bütün bu faktlar erməni yalanlarını açıq-aşkar ortaya qoyur.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə də deyir ki, Ermənistan yanlış addımını uğursuz şəkildə sığortalamağa çalışır və öldürülən zabit və helikopter məhz Ermənistan ordusuna məxsus imiş, bunun qondarma rejimlə heç bir əlaqəsi olmayıb: “Cəmi 100 min "əhalisi" və təqribən illik büdcəsi 150 milyon dollardan ibarət olan işğalçı rejimin dəyəri 8-12 milyon dollar olan helikopter almaq imkanı yoxdur. İkincisi, helikopterin heyəti Ermənistanda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin zabitləri olan şəxslərdir. Mətbuatda isə heyətin komandirinin tərcümeyi-halı yazılıb. Buradan göründüyü kimi, Ermənistan özünə məxsus olan hərbi texnikanın məsuliyyətinin altından çıxmağa çalışır. Belə texnikanı almaqla yanaşı, onun istismarı və eyni zamanda, uçuşunun koordinasiya edilməsi də baha başa gəlir, ciddi vəsait tələb edir. Yəni Dağlıq Qarabağdakı işğalçı rejim heç bir halda bunu edə bilməz”.
Sual olunur? Qondarma respublikaya məxsus helikopterdə Ermənistanın pilotu nə iş görürmüş? Demək ki, həmişəki kimi yalanlarla beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edən Ermənistan rəsmiləri öz-özlərini çətin durumda qoymuş olurlar.
Ermənistanın ciddi-cəhdlə vurulan helikopterin guya Dağlıq Qarabağdakı işğalçı rejimə məxsus olduğunu iddia etməyə çalışması isə onları gülünc duruma saldı. Ümumilikdə isə işğal altındakı Azərbaycan ərazilərində hərbi təlimlərin keçirilməsi növbəti təxribat, beynəlxalq hüquqa hörmətsizlikdi!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
25.08.2019
G7 ölkələri Amazon meşələrində yanğınlarla mübarizə üçün beynəlxalq mexanizm yaradır
25.08.2019
Putin növbəti “G7“ sammitinə dəvət edilə bilər
25.08.2019
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info