Azərbaycan-İran biznes forumu keçirilib
Tarix: 14.11.2014 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Dünən Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər. Dövlət başçıları biznes forumda nitq söyləyiblər.

“Ölkəmizdə yüzlərlə
İran şirkəti fəaliyyət göstərir”


Prezident İlham Əliyev İranın dövlət başçısının ölkəmizə səfəri çərçivəsində aparılan danışıqların səmərəli olduğunu bildirib. Dövlət başçılarının intensiv görüşlərinin biznes dairələri arasında da təmasların güclənməsinə təkan verəcəyini qeyd edib. Prezident müstəqil ölkələrimiz arasında son illərdə müşahidə olunan əlaqələrin gələcəkdə daha da güclənəcəyinə əmin olduğunu ifadə edib. Ölkələrimizin iqtisadi əlaqələrinin də müstəsna əhəmiyyət daşıdığını deyən dövlət başçısı iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb, hökumətlərarası komissiyanın fəal işlədiyini bildirib. “Biz istəyirik ki, iş adamları bir-biriləri ilə daha sıx əlaqədə olsunlar” deyən Prezident İlham Əliyev hazırda ölkəmizdə yüzlərlə İran şirkətinin fəaliyyət göstərdiyini qeyd edib. Dövlət başçısı ölkəmizdə sərmayələrin güclü şəkildə qorunduğunu deyərək təkcə ötən il Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulduğunu bildirib. Bu da xarici investorların ölkəmizə olan inamını göstərir. Son 10 ildə ölkə iqtisadiyyatında yaşanan inkişaf proseslərindən danışan dövlət başçısı bu dövrdə ümumi daxili məhsulun 3 dəfə artdığını, yoxsulluğun və işsizliyin səviyyəsinin azaldığını deyib. Prezident İlham Əliyev beynəlxalq aləmdə də ölkəmizin böyük nüfuza malik olduğunu diqqətə çatdırıb. “İqtisadi müstəqillik bizə beynəlxalq məsələlərin həllində öz mövqeyimizi müdafiə etməyə imkan verir”-deyən Prezident İlham Əliyev neft və qazla zəngin olan Azərbaycan və İran arasında bu sahədə koordinasiya işlərinin aparılması ilə bağlı əməkdaşlığın əhəmiyyətinə toxunub.

“Biz Azərbaycanı bütün məsələlərdə
dəstəkləyirik”


İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana səfərindən məmnun olduğunu deyərək bu biznes forumun ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini diqqətə çatdırıb. “Bu biznes forum hansı sahələrə sərmayələrin qoyulması məsələsində mühüm rol oynayacaq”- deyən Həsən Ruhani ölkələrimiz arasında olan sərmayələrin sabitliyin qarantı olduğunu, milli mənafelərimizə xidmət etdiyini diqqətə çatdırıb. Həsən Ruhani son illərdə ölkəsində iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlərdən danışaraq diqqətə çatdırıb ki, İran sanksiyalarla üzləşdikdə bir çox sınaqlardan çıxıb, xalqın birliyi bu çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayıb. İranın qonşuları ilə münasibətlərdə xüsusi xətt yeritdiyini deyən dövlət başçısı bildirib ki, qonşu ölkələrlə əlaqələrin daha da dərinləşdirilməsi İran hökumətinin prioritet istiqamətlərindən biridir. “Biz Azərbaycanı bütün məsələlərdə dəstəkləyirik” deyən Həsən Ruhani ölkələrimizin müştərək dəyərləri paylaşdığını deyib, xalqımızın ümummilli lideri, İran-Azərbaycan dostluğunun müəllifi olan Heydər Əliyevin bu sahədə böyük xidmətlərinin olduğunu vurğulayıb. Həsən Ruhani iqtisadiyyatın müxtəlif sahələri, bank sektoru, vergi və gömrük, sərhəd məsələləri üzrə əməkdaşlıqla bağlı bir çox tədbirlərin həyata keçirilməsinin zəruriliyinə toxunaraq ölkələrimiz arasında gediş-gəlişin daha da artırılması ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Çıxışında Xəzər hövzəsində əməkdaşlıq məsələlərinə toxunan İranın dövlət başçısı iqtisadi sahədə, o cümlədən investisiyaların qoyulması sahəsində ölkəsinin Azərbaycana dəstəyini ifadə edib. Sonra biznes forum Azərbaycan və İran iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Qeyd edək ki, dünən İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başa çatıb.
İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
25.08.2019
G7 ölkələri Amazon meşələrində yanğınlarla mübarizə üçün beynəlxalq mexanizm yaradır
25.08.2019
Putin növbəti “G7“ sammitinə dəvət edilə bilər
25.08.2019
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info