Vaşinqtonda “Azərbaycanın gözəlliyi və təbiət möcüzələri” adlı tədbir
Tarix: 14.11.2014 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


ABŞ-ın paytaxtı Vaşinqton şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə 3-cü təntənəli ziyafət mərasimi baş tutub.
Endryu Mellon Auditoriyasında keçirilən və 600-dən çox qonağın qatıldığı mərasimdə ABŞ Konqresinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diplomatik korpus, analitik mərkəzlər, akademik və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.
Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə keçirilən builki - “Azərbaycanın gözəlliyi və təbiət möcüzələri” adlı sayca 3-cü təntənəli ziyafət mərasimi Azərbaycanın təbiət və mədəniyyət gözəlliklərinin təbliğinə həsr olunub.
Ziyafət mərasimini giriş sözü ilə açan Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədov qonaqları salamlayaraq, onları təntənəli ziyafət mərasimində görməkdən şad olduğunu bildirib: “Bakı və Vaşinqton iki böyük dostun - Azərbaycan və Amerikanın milli paytaxtlarıdır! Bizim mədəniyyətimiz, bizim tariximiz əsrləri əhatə edir və bizi bir-birimizdən böyük okean, iki qitənin ayırmasına baxmayaraq, ən yaxın qonşular kimi, özümüzə və bir-birimizə hörmət dəyərlərimiz eynidir”.
Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli Səfiri Elin Süleymanov qonaqları salamlayıb. “Bu gün Azərbaycan-Amerika Alyansının təşkil etdiyi tədbirdə iştirak edən hörmətli qonaqlarımız Vətənimiz Azərbaycanın gözəlliyi və təbiət möcüzələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər”, - deyə səfir qeyd edib.
Mərasimdə çıxış edən ABŞ Konqresmeni, Azərbaycan-Amerika Alyansı İdarə Heyətinin sədri Den Berton Azərbaycan və ABŞ arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.
Təntənəli ziyafət mərasimi çərçivəsində Azərbaycan mətbəxinin beş ənənəvi yeməyindən ibarət şam süfrəsi açılıb.
Azərbaycanın tanınmış incəsənət xadimləri qonaqlara unudulmaz hisslər bəxş ediblər.
Dövlət Rəqs Ansamblı Azərbaycanın möhtəşəm milli rəqslərini nümayiş edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info