Fransada mədəniyyətimiz uğurla təbliğ olunur
Tarix: 14.11.2014 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisin “Goethe” xarici mədəniyyətlər institutunun konsert salonunda “Cəngi” etno-caz ansamblı yenidən fransız musiqisevərlərin qonağı olub.
Konsertdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ansamblın Parisdə ikinci dəfə çıxış etdiyini xatırladıb. Bildirib ki, ansamblın Azərbaycanın Mədəniyyət Mərkəzində təşkil olunan birinci konserti tələbkar fransız tamaşaçılarının böyük marağına səbəb olub.
“Cəngi” ansamblının ifasında səslənəcək caz musiqisinin otuzuncu illərdə Azərbaycanın musiqi aləminə daxil olduğunu diqqətə çatdıran E.Əmirbəyov UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam musiqisi ilə cazın sintez olunduğunu bildirib. Qeyd edib ki, bunun sayəsində caz-muğamın yaranıb, bu sahədə tanınmış cazmenlərdən Vaqif Mustafazədə və Rafiq Babayevin xüsusi əməyi olub. Məhz onların ifaçılığı sayəsində caz-muğamı geniş yayılıb, yeni istedadlı gənc virtuoz ifaçılar yetişib.
“Cəngi” ansamblının 1992-ci ildə bəstəkar Rafiq Babayev tərəfindən yarandığını xüsusi vurğulayan səfir, 2002-ci ildən ona Respublikanın Əməkdar Artisti Mircavad Cəfərovun rəhbərlik etdiyini, istər ölkəmizdə, istərsə də beynəlxalq səhnələrdə uğurla çıxış edən ansamblın zəngin repertuarında ənənəvi milli janrlara üstünlük verildiyini bildirib.
Ansamblın ifa etdiyi müxtəlif musiqi nömrələri və gənc müğənni Arzu Həsənlinin oxuduğu mahnılar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Konsertdə senatorlar, Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diaspora təmsilçiləri iştirak ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
“Muğam dünyasına səyahət” adlı layihə davam edir
25.08.2019
Kiyevdə keçirilən festivalda soydaşlarımız da təmsil olunub
25.08.2019
“Kişilər və qadınlar” tamaşası nümayiş olunacaq
25.08.2019
Azərbaycan mədəniyyəti Xarkovda təbliğ olunub
24.08.2019
Azərbaycanın hərbi orkestri “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info