“Komitənin də əsas vəzifələrindən biri zərərli radikalların ideoloji kökünü kəsmək, təmizləməkdir”
Tarix: 14.11.2014 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gün Daxili İşlər Nazirliyi tərəfindən Sumqayıtda keçirilən əməliyyata, “vəhhabilər”in liderinin tutulmasına münasibət bildirib.
M.Qurbanlı bildirib ki, DİN-in apardığı əməliyyat tamamilə qanunauyğun və vacib idi.
O qeyd edib ki, DİN-in ötən gün Sumqayıtda keçirdiyi əməliyyat başqa ərazilərdə də həyata keçiriləcək: “Hüquq-mühafizə orqanları Azərbaycanda ictimai sabitliyi qorumaq üçün nə lazımdırsa, edirlər. Eyni zamanda ölkədə dini zəmində kimlərinsə bu kimi hallara yol verməsi halları aşkar ediləcəksə, qarşısı qətiyyətlə alınacaq”.
Ötən gün keçirilən əməliyyatdan danışan komitə sədri deyib ki, burada söhbət yalnız dindən getmir: “Bu adamlar faktiki olaraq terror şəbəkəsi kimi bir qurumu yaratmağa cəhd edirdilər. Bütün normal ölkələrdə bu cür hərəkətlərin qarşısı necə alınırdısa, bizdə də elə qətiyyətlə alındı. İctimaiyyət də hüquq-mühafizə orqanlarımızın dini radikallara qarşı mübarizəsini müdafiə edir. Bizim komitənin də əsas vəzifələrindən biri bu cür zərərli radikalların ideoloji kökünü kəsmək, təmizləməkdir. İşimizi təbliğat və təşviqat yolu ilə gücləndiririk. Sumqayıtda olanda da oradakı insanlara fikrimizi çatdırmışdım ki, kimlərsə Azərbaycanda qarışıqlıq yaratmağa cəhd edəcəklərsə, qarşısı alınacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info