Yoxsul ailələrin körpə uşaqlarına pulsuz uşaq qidası veriləcək
Tarix: 14.11.2014 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Azərbaycanda ünvanlılıq prinsipi əsasında yoxsul ailələrdə körpə və erkən yaşlı uşaqlar üçün pulsuz uşaq qidası veriləcək. “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda qeyd olunub ki, ünvanlılıq prinsipi əsasında yoxsul ailələrdə körpə və erkən yaşlı uşaqlar üçün pulsuz uşaq qidasının verilməsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı işlər mütəmadi olaraq Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunacaq.
Layihədə uşaqların ana südü ilə qidalandırılmasının əhəmiyyəti barədə ictimai maarifləndirmənin, uşaq qidasının istehsalı üzrə milli sənaye potensialının yaradılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi, uşaq təhsil-tərbiyə müəssisələrinə gedən uşaqların qidalanmasına, sağlamlığının möhkəmləndirilməsinə və xəstələnmə hallarının azaldılmasına yönəldilən tədbirlərin təşkilinə nəzarətin gücləndirilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, suyun və havanın çirklənməsinin azaldılması, ətraf mühitin sağlamlaşdırılması sahəsində beynəlxalq və Avropa standartları əsasında (İSO, Codex Alimentarius, CEN) milli standartların hazırlanması və tətbiqi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, əhali, xüsusilə yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliği üzrə Tədbirlər Planının hazırlanması və həyata keçirilməsi, əhalinin sağlam həyat tərzi və özünü qoruma məsələləri ilə bağlı fasiləsiz təhsil və gigiyenik tərbiyələndirmənin təmin edilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikası məqsədilə mühazirələrin aparılması, sosial çarxların çəkilməsi, təhsil müəssisələrində xüsusi reydlərin keçirilməsi, uşaqların icbari dispanserizasiyası layihəsi çərçivəsində yuxarı sinif şagirdləri arasında tibbi testlərin aparılması proqramda əks olunub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info