Azərbaycan regionda daha bir ilkə imza atır
Tarix: 14.11.2014 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Dünyanın bir sıra ölkələrində 14 noyabr tarixi “Loqopedlər Günü” kimi qeyd olunur. Azərbaycanda
isə ilk dəfə “Azərbaycan Loqopedlər Forumu 2014” keçirilib.
“Elnaramedianın” müəllifi olduğu “Azərbaycan Loqopedlər Forumu, 2014” ün məqsədi Azərbaycanın bölgələri də daxil olmaqla çox sayda defektoloq-loqoped ixtisası üzrə çalışan mütəxəssis və tələbələri bir araya gətirərək, onlara bilik və bacarıqlarını bölüşməsi üçün imkan qazandırmaq, ən əsası da, bu sahənin gələcək inkişaf perspektivlərini müzakirə etməkdir.
Suraxanı RİH, Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən tədbiri çıxış sözü ilə açan Suraxanı Rayon İcra başçısının müavini Sevinc Hüseynova forumun ölkəmiz və bu sahənin mütəxəssisləri üçün əhəmiyyətindən danışıb. “Əlliliyi olan İnsanların Hüquqları haqqında Konvensiyaya regionda qoşulan ilk dövlətlərdən biri olan Azərbaycanda belə tədbirin keçirilməsi ölkəmizin bu sahəyə böyük diqqət ayırmasının göstəricisidir. Suraxanı rayonu bu sahədə bir çox uğurlara imza atıb. Ölkəmizdə Autizmli uşaqların reabilitasiyası ilə məşğul olan ilk birlik də məhz bizim rayonda yarandı. Bu gün isə daha bir yeni
tədbir çərçivəsində bir araya toplanmışıq. Danılmazdır ki, bu cür tədbirlər həm də dövlətin “Əlilliyi olan
şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”na dəstəkdir.”
Eşitmə və nitq məhdudiyyəti olan uşaqların cəmiyyətə inteqrasiyasında mövcud vəziyyət və onun
inkişaf perspektivləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin müşaviri cənab
Müqalib Mahmudovun çıxışının əsasını təşkil edib. İnkluziv təhsil sisteminə keçidin bu uşaqlar üçün yaratdığı çətinliklər, kadrların hazırlanmasında diqqət yetirilməli məqamlar ətrafında müzakirə aparıb. Bu sahə üzrə yaşanan əsas çətinlik, Loqopediya elminin təkmilləşməsi və inkişafı üçün tədrisin
təşkili forması da ALF 2014-ün əsas müzakirə mövzusu oldu. Bu mənada dünya təcrübəsində Rusiyadakı
mövcud modellə tanışlıq auditoriya tərəfindən maraqla qarşılandı. Tədbirə online video konfrans vasitəsilə
qatılan Saratov Dövlət Universitetinin Loqopediya fakültəsinin dekanının çıxışını hər kəs diqqətlə dinləyib.
Forumun təşkilatçısı, “Elnaramedia”nın rəhbəri Elnarə Məmmədova hesab edib ki, bu sahədə ciddi və
peşəkar addımların atılması üçün birləşmək zamanı gəlib çatıb. “Bu sahədə yaşanan çətinliklərlə əvvəllər hər
kəs özü üçün və pərakəndə çalışırdısa, indi bir cəbhədən mübarizə aparacaq. Məhz bu birliyi təmin etmək
üçün “Azərbaycan Loqopedlər Forumu 2014”ü təsis etdim. İnkluziv cəmiyyətin təşkili üçün hamımız
birləşməliyik. Əlilliyi olan insanlarla cəmiyyətin bu sahədəki aktivliyi bərabərləşdirilməlidir. Bunun üçün də
“Azərbaycan Loqopedlər Forumu, 2014”ü keçirmək zəruri idi.”
ALF 2014 -ün ikinci qeyri rəsmi hissəsində, loqopedlər və bu sahə üzrə ixtisaslaşan tələbələr arasında
praktik müzakirələr aparıldı. İnkişaf mərkəzləri bir sıra nitq nöqsanlarını aradan qaldırmaq üçün hazırda
istifadə olunan müasir metodlar haqqında slayt prezentasiyalar keçirildi. Dünyanın 5 ölkəsindən ALF 2014-ə
Online video konfrans ilə qatılan (İngiltərə, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna) mütəxəssislərin
beynəlxalq təcrübəni bölüşməsi tədbirə xüsusi maraq qatdı. Qeyd edək ki, Elnara Media təşkilatı əlilliyi
olan insanlarla bağlı gələcəkdə də analoji tədbirlər keçirməyi nəzərdə tutur.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info