TQDK 263 nəzarətçini cəzalandırıb
Tarix: 14.11.2014 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ildə qəbul və buraxılış imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, 2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14392 müəllimdən 9061 nəfəri buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. Qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib. Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric edilib. Qeyd olunub ki, TQDK tərəfindən araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb. İndiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2017 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 248 müəllim fəxri fərmanlarla təltif edilib. Fəaliyyəti nümunəvi qiymətləndirilən müəllimlər siyahısında Bakı şəhərinin 258 saylı məktəbindən 14 nəfər 263 və 271 saylı məktəblərinin hər birindən 12 nəfər ; 13, 73 və 283 saylı məktəblərin hər birindən 11 nəfər; 93, 114, 157, 285 və 266 saylı məktəblərin hər birindən 10 nəfər; 36, 39, 55, 99, 129, 135, 144, 150, 191, 286, 290, 299 saylı məktəblərin hər birindən isə 9 nəfər nəzarətçi-müəllimi ilə xüsusi olaraq seçilirlər. Regionlar üzrə isə Gəncə şəhərinin 6 saylı məktəbi 10 nəfər, Şəki şəhərinin 11 saylı məktəbi 13 nəfər, Lənkəran şəhərinin 7 saylı və xarici dil təmayüllü internat tam orta məktəbinin hər biri 12 nəfər; 3, 5 və 11 saylı məktəblərin hər birindən 11 nəfər, 2 saylı məktəbi isə 10 nəfər nəzarətçi-müəllimi ilə fərqlənir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Yeddi ayda əhalinin gəlirləri 32 milyard manatı ötüb
21.08.2019
İspaniyaya məxsus təyyarə hava boşluğuna düşdü
21.08.2019
Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21.08.2019
MiQ-29 təyyarəsinin pilotu ilə vida mərasimi keçirilir
21.08.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info