Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib
Tarix: 14.11.2014 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) Sidney şəhərində keçirilən Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib.
Leyla Əliyeva Azərbaycanın əlverişli coğrafi mövqeyi, təbiəti, zəngin flora və faunası, həmçinin münbit iqlim şəraiti barədə Konqres iştirakçılarına məlumat verib. Eyni zamanda, təbiətin və ətraf mühitin mühafizəsi sahəsində ölkəmizdə görülən işlər və müşahidə olunan inkişaf prosesləri diqqətə çatdırılıb, 2011-ci ildə təsis edilən IDEA İctimai Birliyinin Azərbaycanda, eləcə də regionda nəsli kəsilməkdə olan vəhşi heyvanların mühafizəsi ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verilib. Bildirilib ki, Qafqazın nəsli kəsilmək təhlükəsi altında olan 5 əsas heyvanı müəyyənləşdirilib və onların mühafizəsi ilə bağlı tədbirlər planı hazırlanıb. Bu xüsusda, IDEA İctimai Birliyinin “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” layihəsi çərçivəsində yüzdən artıq ceyran Azərbaycandakı tarixi yerlərində məskunlaşdırılıb.
Bununla yanaşı, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-ci il mayın 7-də ilk dəfə olaraq Qafqazın biomüxtəlifliyi üzrə Beynəlxalq Sammit keçirilib və tədbir çərçivəsində regionda bəbirlərin mühafizəsi məsələsi geniş müzakirə edilib.
Leyla Əliyeva çıxışında, həmçinin IDEA İctimai Birliyinin digər fəaliyyət istiqamətləri, o cümlədən IDEA-nın təşəbbüsü ilə respublikada 3 milyondan çox ağacın əkilməsi, ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması layihələri barədə məlumat verib.
Çıxışdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmiz barədə və IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı auditoriyanın suallarını cavablandırıb.
Sessiyada çıxış edənlər sırasında Cənubi Afrika Respublikasının keçmiş Prezidenti və Nobel Sülh Mükafatı laureatı Nelson Mandellanın nəticəsi Luvuyo Mandela təcrübə mübadiləsi aparılmasının və mühafizə olunan ərazilərin, o cümlədən qoruqların genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Beynəlxalq Qoruqçular Federasiyasının prezidenti Şon Vilmor çıxışında təbiətin mühafizəsində qoruqçuların xüsusi roluna və təhlükəli işinə diqqət yönəldərək, onlara bu fəaliyyətlərinə görə təşəkkürünü bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 14-də Ümumdünya Parklar Konqresi çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru xanım Culiya Marton-Lefevre ilə görüşdə Leyla Əliyeva təsisçisi olduğu IDEA İctimai Birliyinin ölkəmizdə və regionda təbiətin mühafizəsi, Qafqaz regionunun zəngin flora və faunasının qorunması, təhlükə altında olan vəhşi təbiətin, o cümlədən nadir heyvanların mühafizəsi istiqamətində həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib. Leyla Əliyeva IDEA İctimai Birliyinin təsis edildiyi dövrdən etibarən IUCN ilə həyata keçirdiyi birgə layihələri və səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək bu tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Xanım Marton-Lefevre IDEA-nın fəaliyyətinin nümunəvi olduğunu deyib və həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. IUCN-in baş direktoru, həmçinin IDEA tərəfindən təbiətin mühafizəsi səylərinə mütəmadi dəstəyə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.
Daha sonra Leyla Əliyeva Məhəmməd Bin Zayed Mühafizə Fondunun baş direktoru, Abu-Dabi Ətraf Mühit Agentliyinin baş katibinin müşaviri Frederik Launay ilə görüşüb.
Leyla Əliyeva Frederik Launaya əlverişli coğrafi mövqeyə malik Azərbaycanın zəngin təbiəti, eləcə də ölkədə yaradılan milli parklar və qoruqlar, təsisçisi olduğu IDEA İctimai Birliyinin ölkəmizin, həmçinin Qafqaz regionunun təbiətinin mühafizəsi sahəsindəki fəaliyyəti barədə məlumat verib.
Frederik Launay Səudiyyə Ərəbistanı yarımadasında təbiətin və ətraf mühitin mühafizəsi sahəsində əldə olunan nailiyyətlərdən danışaraq IDEA İctimai Birliyinin fəaliyyətinin Azərbaycan və ümumən region üçün əhəmiyyətli olduğunu qeyd edib.
Hər iki görüşün nəticəsi olaraq, əməkdaşlığın davam etdirilməsi və təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info