Hava yenidən dəyişəcək
Tarix: 14.11.2014 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Departamentdən verilən məlumata görə, noyabrın 17-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, ikinci ongünlüyün sonunadək qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcəyi gözlənilir. Noyabrın 17-18-19-da havanın temperaturu gündüz saatlarında 8-10 dərəcə isti olacaq. Şimal küləyi arabir güclənəcək. Tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında noyabrın 16-da qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişiləcəyi gözlənilir.
Noyabrın 15-də isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-12 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq ərazilərdə gecə 0-5, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info