Ağır fiziki işlər tədricən ləğv ediləcək
Tarix: 14.11.2014 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Azərbaycanda ağır fiziki işlər, o cümlədən qadınların sağlamlığı üçün təhlükəli olan işlər tədricən ləğv ediləcək. “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda əməyin mühafizəsi, sanitar-sağlamlıq və əmək şəraitinin yaxşılaşdırılmasına, o cümlədən ağır fiziki işlərin, qadınların sağlamlığı üçün təhlükəli digər işlərin tədricən ləğv edilməsinə, istehsalatda travmatizmin və peşə xəstəliklərinin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar işlər 2014-2025-ci illərdə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə icra olunacaq. Bundan əlavə, layihədə əmək şəraiti və əməyin mühafizəsi məsələlərinə aid qüvvədə olan qanunvericilik haqqında əhalinin məlumatlandırılması üzrə tədbirlərin, sənayedə işləyənlərin sağlamlığına təsir edən istehsal amillərinin qiymətləndirilməsi, peşə xəstəlikləri ilə bağlı dispanserləşdirmə və reabilitasiya işinin inkişafına yönəlmiş müvafiq tədbirlərin həyata keçirilməsi, müvafiq sanitar normaların, əməyin təhlükəsizliyi qaydalarının və əlverişsiz şəraitin sağlamlığa təsirinin azaldılmasının təmin edilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarətinin gücləndirilməsi və sənaye sahələrində qəza hadisələrinin qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin gücləndirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulub.
Layihədə həmçinin məktəblilərə qəza, xəsarət və zəhərlənmələr zamanı həkiməqədər ilk tibbi yardımın göstərilməsinin öyrədilməsi, yaşayış yeri olmayan, çətin həyat şəraitində olan şəxslər üçün müvəqqəti sığınacaqların yaradılması üzrə tədbirlərin həyata keçirilməsi, yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölüm və xəsarət hallarının azaldılması məqsədilə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yollarda nizam-intizamın təmin edilməsi və yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi istiqamətində müvafiq işlərin görülməsi, məktəblərdə mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə dərslərin keçirilməsinin təmin edilməsi əks olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
25.08.2019
G7 ölkələri Amazon meşələrində yanğınlarla mübarizə üçün beynəlxalq mexanizm yaradır
25.08.2019
Putin növbəti “G7“ sammitinə dəvət edilə bilər
25.08.2019
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info