Bakıda Ümumdünya Diabet Günü qeyd olunub
Tarix: 14.11.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Hazırda dünyada 400 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial–tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, 2030-cu ilədək diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər. Odur ki, insanların ömürlərinin azalmasına səbəb olan bu xəstəliyə diqqətin cəlb olunması məqsədi ilə 1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, 14 noyabr tarixi Dünya Diabet Günü kimi qeyd edilir. BMT-nin Baş Məclisinin 2006-ci il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib. Noyabrın 14-ü Fredirik Bantinqin anadan olduğu gündür. Bu görkəmli insan Çarlz Best ilə 1922-ci ildə insulini kəşf etməklə diabetli insanların müalicəsində yeni bir eranın başlanğıcını qoyublar.
Bu barədə Azərbaycan Diabet Cəmiyyəti (ADC) və Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının BMT-nin Bakı ofisinin rəhbərliyinin iştirakı ilə keçirdiyi tədbirdə məlumat verilib.
ADC-nin sədri Möminat Ömərova bildirib ki, tədbirin əsas məqsədi uşaq və yeniyetmələrdə şəkərli diabet xəstəliyinə qarşı mübarizə istiqamətində görülən və gələcəkdə nəzərdə tutulan tədbirlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. O, ölkəmizdə səhiyyəyə göstərilən dövlət qayğısından, şəkərli diabetlə bağlı görülən işlərdən və bu xəstəliyin müalicəsində əldə olunan son nailiyyətlərdən söhbət açıb. Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğının bu sahədə xeyli irəliləyişlərə səbəb olduğu xüsusi qeyd edilib. Diqqətə çatdırılıb ki, bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.
Eyni zamanda, əsrin bəlası olan diabetin yaratdığı problemlərdən danışılıb, bu xəstəliyin müalicəsinə profilaktikasından daha çox xərc çəkildiyi bildirilib.Ağır fəsadlar törədən şəkərli diabetlə bağlı əhalini maarifləndirməyin vacibliyi də vurğulanıb. Tədbirdə diabetlə mübarizədə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
25.08.2019
G7 ölkələri Amazon meşələrində yanğınlarla mübarizə üçün beynəlxalq mexanizm yaradır
25.08.2019
Putin növbəti “G7“ sammitinə dəvət edilə bilər
25.08.2019
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info