“Ukraynanın MDB-dən çıxması ilk növbədə onun özünə ziyan vuracaq”
Tarix: 14.11.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


“Ukraynanın MDB-dən çıxması ilk növbədə onun özünə ziyan vuracaq. Digər ölkələrə təşkilatdan çıxmaq daha rahat olacaq, nəinki Ukraynaya”.
Bu sözləri “APA”ya açıqlamasında MDB İcraiyyə Komitəsinin baş katibi Sergey Lebedev Ukraynanın MDB-dən çıxması ehtimalını şərh edərkən deyib.
“Bəli, MDB-dən çıxmağı təklif edən sağ-millətçi siyasətçi var. Lakin bu məsələ iki dəfə Ali Radada qaldırılsa da, deputatların əksəriyyəti bunun əleyhinə çıxıblar. Çünki iqtisadi, humanitar sahədə real əməkdaşlıq etmək istəyənlər yaxşı başa düşürlər ki, MDB-dən çıxmaq ilk növbədə Ukraynanın özünə zərbə vuracaq. Bu gün MDB-də 11 ölkə yer alsa, Ukrayna iqtisadi və insan potensialı baxımdan MDB-də önəmli yer tutsa da, digərlərinə qurumdan çıxmaq daha rahat olar, nəinki Ukraynaya”, - deyə o vurğulayıb.
S. Lebedev ümidvar olduğunu bildirib ki, ukraynalı siyasətçilər ölkələrinin MDB-də qalmasını təmin edəcəklər: “Hər şey Ukraynanın Avropaya doğru hərəkət etməsi ilə yanaşı öz qonşuları ilə sıx əlaqələri qoruyub saxlaya biləcəyinə dəlalət edir”.
S. Lebedev birlikdə həlli daha rahat olan bir sıra məsələlərin olduğunu, habelə Ukraynanın gələn il MDB çərçivəsində tərəfdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirib. O həmçinin qeyd edib ki, MDB Ukraynada baş verənlərə görə narahatlıq keçirir. “Sədrlərimizin Minskdə keçirilən sonuncu toplantısında çıxış edənlərin hamısı öz narahatlığını ifadə ediblər, Ukraynada tezliklə sülhün bərqərar olmasını arzuladıqlarını deyiblər”.
MDB İcraiyyə Komitəsinin baş katibi MDB-nin Ukraynadakı vəziyyətin sabitləşməsi istiqamətindəki səyləri kimi Minskdə Rusiya, Ukrayna və Belarus prezidentlərinin iştirakı ilə keçirilən görüşü göstərib.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info