Müsavatda ikitirəlik böyüyür
Tarix: 14.11.2014 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Müsavat Partiyasının bir qrup tanınmış üzvü partiya daxilində yaranmış vəziyyətə və rəhbərliyin siyasətinə etiraz olaraq bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, son vaxtlar Müsavat Partiyasında hazırkı rəhbərlik tərəfindən partiya daxilindəki idarəçilikdən narazı olan, onun gələcəyi ilə bağlı narahatlıq keçirərək konkret mövqelərini bölüşən üzvlərə qarşı “cəza vermək” çağırışlarını əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiya sıralarından çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi kimi insan haqlarına, siyasi plüralizmə, fikir, ifadə və söz azadlığına qarşı olan siyasi xəttin önə çəkilməsi partiya üzvləri arasında ciddi narahatlıq doğurmaqdadır:
“Belə ki, Müsavat Partiyası Qubadlı rayon təşkilatının qərarı ilə partiya üzvü Məhəbbət Muradovun və partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarı ilə Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəylinin şəxsi yazışmaları və mövqeləri əsas götürülərək partiya sıralarından kobud Nizamnamə pozuntuları ilə çıxarılması üzvlər arasında mərkəzi orqanların və hazırkı rəhbərliyin fəaliyyətinə etimadsızlığın artmasına, eləcə də qeyri-qanuni, qeyri-demokratik qərarlarla partiyada repressiyaların başlanmasına dair məlumatların yayılmasına səbəb olub. Müsavat Partiyası Divanının sonuncu toplantısında başqanlığa sabiq namizəd Səxavət Əlisoy və MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlının Divanın növbəti iclasına çağırılması barədə qərar, Sumqayıt şəhər təşkilatının üzvü, keçmiş siyasi məhbus Ənvər Əhmədin partiya sıralarından xaric olunması məsələsinin müzakirəyə çıxarılması vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarıb. Odur ki, biz, bu bəyanata imza atan şəxslər, Müsavat Partiyasının hazırkı rəhbərliyi qarşısında aşağıdakı məsələləri qoyur və onların təcili həllini tələb edirik:

- Partiyadaxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, siyasi plüralizm, fikir müxtəlifliyi, söz və ifadə azadlığına əməl edilsin, fərdi azadlıqlara hörmət olunaraq şəxsi mövqelərinə görə partiya üzvlərinin cəzalandırılması çağırışlarına son qoyulsun;

- Partiya üzvlüyündən çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və Kamil Xəlilbəylinin hüquqlarının bərpası üçün konkret addımlar atılsın və bu barədə qərar vermiş strukturlar məlum qərarlarına yenidən baxaraq onları Nizamnamə normalarına uyğunlaşdırsınlar;

- Partiyada ikitirəliyə, bölücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun”.

Bəyanatı aşağıdakı şəxslər imzalayıb:


1. Qubad İbadoğlu, sabiq Divan üzvü
2. Vurğun Əyyub, Məclis üzvü, sabiq Divan üzvü
3. Hikmət Hacızadə, Məclis üzvü
4. Mehman Cavadoğlu, Müsavat başqanının sabiq müavini
5. İbrahim İbrahimli, MNTK-nın sabiq sədri
6. Məryəm Oruclu, Müsavat başqanının sabiq müavini
7. Fəxrəddin Bağırov, sabiq Divan üzvü
8. Hökümə İbrahimli, sabiq Divan üzvü
9. Adil Qeybulla, sabiq Divan üzvü
10. Ellada Məmmədli, Müsavat Qadınlar Təşkilatının rəhbəri
11. Dünyaxanım Cahan, Müsavat başqanının sabiq müşaviri
12. Hüseyn Məlik, Müsavat başqanının sabiq müşaviri
13. Sədaqət Paşayeva, Müsavat Məclisinin sabiq üzvü
14. Lətafət Məlikova, Müsavat Məclisinin üzvü
15. Tural Abbaslı, Müsavat başqanlığına sabiq namizəd
16. Rafiq Bəy İsmayıl, Müsavat Məclisinin üzvü
17. Asif Məmmədli, Müsavat Məclisinin sabiq üzvü, Qarabağ Ağsaqqallar Şurasının sədri
18. Allahverdi Orucov, Müsavat Məclisinin sabiq üzvü.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info