Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləği artırılacaq
Tarix: 14.11.2014 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləğinin mərhələlərlə artırılması nəzərdə tutulur. “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda qeyd olunub ki, məsələ ilə bağlı işlər mütəmadi olaraq Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçiriləcək.
Yeni layihəyə əsasən, sosial müavinətlərin unifikasiyası və ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, ailələrdə üçüncü və dördüncü uşaqların doğulmasının stimullaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması nəzərdə tutulub. Bundan əlavə Dövlət Proqramında qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinətin məbləğinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud olan uşaq doğulduqda, ona qulluğa görə əlavə maliyyə yardımının göstərilməsi ilə bağlı təkliflərin hazırlanması, aztəminatlı çoxuşaqlı ailələrə əlavə dövlət dəstəyinin verilməsi üçün maliyyələşmə mexanizminin yaradılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqları himayəyə götürmüş ailələrin stimullaşdırılması və onlara əlavə dövlət dəstəyinin verilməsi üçün maliyyələşmə mexanizminin yaradılması üzrə müvafiq təkliflərin hazırlanması, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər də əks olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info