XİN-dən bəzi xarici KİV-lərə narazılıq
Tarix: 14.11.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tapşırığı ilə ölkənin İstanbuldakı baş konsulluğu Türkiyənin "CNN Türk" telekanalının rəhbərliyi ilə görüşüb və rəhbərliyə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki hava məkanında Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin vurulması ilə bağlı insidenti işıqlandırarkən ötən gün yol verdiyi səhvlə bağlı Azərbaycanın narazılığını çatdırıb. Bunu jurnalistlərə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib. Onun sözlərinə əsasən, Azərbaycan tərəfinin narazılığı qeyri-dəqiq informasiya yaymış "Euronews" telekanalının rəhbərliyinə də çatdırılıb. H.Hacıyev qeyd edib ki, "CNN Türk" telekanalı reportajdakı səhvi düzəldib.
Xatırladaq ki, "CNN Türk" telekanalı Azərbaycan hərbçiləri tərəfindən vurulan Ermənistan helikopterinin qondarma “Dağlıq Qarabağ ordusu"na məxsus olduğunu bildirmişdi və Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etmişdi.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info