“Sanksiyalarla mübarizənin əsas yolu tərəfdaş ölkələrlə dostluq etməkdir”
Tarix: 14.11.2014 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar müəyyən qədər bankların fəaliyyətinə təsir edib.
Bunu Rusiyanın “Bank VTB” ASC-nin böyük vitse-prezidenti, törəmə şirkətlər departamentinin rəhbəri Mixail Yakunin deyib.
Onun sözlərinə görə, bu, təbii ki, “Bank VTB” qrupuna təsirsiz ötüşməyib. Buna baxmayaraq, bank MDB ölkələri arasında gələcək fəaliyyətini gücləndirmək niyyətindədir.
“Son iki ildə bankın aktivləri 5 dəfə artıb. Bank uğurla inkişaf edir. Bu bizim tərəfdaşlarımızın hesabına və onlarla qurulmuş uğurlu fəaliyyət sayəsində əldə olunub”, - deyə vitse-prezident qeyd edib.
M. Yakunin deyib ki, “Bank VTB Azərbaycan” Azərbaycan Mərkəzi Bankı (AMB) ilə də sıx əməkdaşlıq edir.
“Düşünürəm ki, yaranmış vəziyyət, xüsusilə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bir daha göstərib ki, MDB ölkələri Avrasiya Birliyi ölkələri sayəsində daha sıx işləməyə bizi vadar edir. Bu sanksiyalarla mübarizənin əsas yolu tərəfdaş ölkələrlə dostluq etməkdir”, - deyə o bildirib.
M. Yakunin bildirib ki, məqsəd müstəqil olmaq və öz hesablama sistemlərini qurmaqdan keçir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info