Üç müəssisədə işçilərin qeyri-leqal əməyə cəlb olunması üzə çıxıb
Tarix: 14.11.2014 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində (EİS) mövcud məlumatların aidiyyatı dövlət qurumlarının informasiya ehtiyatlarından inteqrasiya olunmuş məlumatlarla üzləşdirilməsi zamanı “Qrafik-Ko” MMC (Bakının Nizami rayonu), “İnşaat konstruksiyaları” MMC (Nəsimi rayonu) və “Abşeron A-1” MTK-da (Abşeron rayonu) işçilərlə əmək münasibətlərinin EİS-də qeydiyyatdan keçirilməklə rəsmiləşdirilmədiyi müəyyən edilib. Bununla əlaqədar, noyabrın 14-də ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşları həmin müəssisələrdə olaraq, yerindəcə müvafiq araşdırma aparıblar.
Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, ƏƏSMN-nin cari ilin 1 iyulundan tətbiqinə başladığı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə ilə bağlı işəgötürənlərin praktik bilgilərə sahib olması üçün ardıcıl işlər aparılıb. Müvafiq qaydalar, metodik materiallar nazirliyin rəsmi saytında (www.mlspp.gov.az, www.eesmn.gov.az) yerləşdirilməklə, bölgələrdə “Açıq qapı” günü-vətəndaş forumları, “Yardımçı masaları” təşkil olunub, KİV-lərdə çoxsaylı təbliğat-maarifləndirmə materialları dərc edilib. Digər tərəfdən, əmək müqaviləsi bildirişlərini qeydiyyatdan keçirmək üçün cəhd edən və yalnız müəyyən texniki səbəblərdən bu prosesi həyata keçirə bilməyən işəgötürənlərə prosesi qısa vaxtda başa çatdırmaları üçün müvafiq texniki köməkliklər də göstərilib. Bununla belə, aidiyyatı qurumların informasiya bazalarından əldə edilmiş məlumatlarla EİS-dəki məlumatların müqayisəli təhlilləri əsasında aydın olur ki, bir çox müəssisələrdə əmək müqaviləsi bildirişlərini sistemdə qeydiyyatdan keçirilməsinə biganə münasibət və bundan yayınma halları mövcuddur. Artıq belə müəssisələrdə DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
Araşdırma zamanı “Qrafik-Ko” MMC-də 7 nəfər, “İnşaat konstruksiyaları” MMC-də 8 nəfər, “Abşeron A-1” MTK-da 4 nəfər işçi ilə bağlanmış əmək müqavilələrinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatdan keçirilmədiyi, beləliklə, onların qeyri-leqal əmək fəaliyyətinə cəlb edildikləri aşkar olunub. Belə ki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Aşkar edilmiş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cərimələr tətbiq edilib.
Eyni zamanda, hər üç müəssisədə əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilmədiyi, işçilərə fərdi mühafizə vasitələri verilmədiyi də aşkar edilib. Bununla bağlı olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, qeyd olunan işəgötürənlərdə əməyin mühafizəsi ilə bağlı hüquq pozuntuları aşkar edilmiş ayrı-ayrı istehsal və tikinti sahələrinin bu pozuntular aradan qaldırılanadək dayandırılması məqsədi ilə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
İqtisadiyyat naziri və müavinləri vətəndaşları qəbul edəcəklər
20.06.2019
Göygöldə 29 sahibkara 781 min manat güzəştli kredit verilib
20.06.2019
AtaBank NETTY 2019 mükafatınıqazandı
20.06.2019
“Azeri Light”ın bir barreli 63,47 dollara satılır
20.06.2019
Bu Komitənin tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info